Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısından Prezidentə şikayət

ilhamaliyev-shekide1«Həmin ərazidə 2-3 mərtəbəli evlərdə işlər gedir, amma əlil və qaçqının kreditlə tikdiyi 2 otağı bulduzerlə kürüyürlər»

Xeberinfo.com:  Şəmkir şəhərində kirayədə yaşayan Şəhriyar Tağıyev dövlət başçısı da daxil olmaqla, bir sıra strukturlara ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Şəhriyar Tağıyev yazır ki, atası Eyyub Tağıyev Əfqanıstan müharibəsi veteranıdır, ikinci qrup əlildir. Anası Təranə Tağıyeva astma-bronxit xəstəsidir, ikinci qrup əlildir. Ailə Qarabağ müharibəsində qurbanlar verib, dayısı Heydərov Məhəddin torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olub.

Uzun illər öncə Göyçə mahalından qaçqın düşən ailə Şəmkir şəhərində altı sot həyətyanı torpaq sahəsi alıb, orada iki otaqlı ev tikdirib. Amma günlərin birində gəlib görüblər ki, icra hakimiyyəti evi buldozerin ağzına verərək yerlə-yeksan eləyib. Özü də məhkəmənin qərarı olmadan, ailəyə xəbərdarlıq edibləmədən…

“Atam dəfələrlə icra başçısı Alimpaşa Məmmədovun qəbulunda olub. Icra başçısı deyir ki, ora örüş sahəsidir. Həmin örüş sahəsində 6 mindən çox torpaq sahəsi satılıb, 2 mindən çox ev tikilib. Bəs bunu satanda örüş sahəsi deyildi? Evi bankdan kredit götürüb tikdirmişdik. Dörd tərəfimizdə yaşayış var, bizə isə deyilir ki, örüş sahəsidir”, – deyə şikayətçi yazır.

Şəhriyar Tağıyev onu da qeyd edir ki, torpağın etibarnaməsi, arxiv arayışı və çıxarış kimi sənədləri var: “Kadastra isə bələdiyyə sədri 1500 manat istəyir. Verməyə də imkanımız yoxdur”.

Şikayətçi əlavə edir ki, həmin ərazidə 2-3 mərtəbəli evlərdə işlər gedir, amma əlil və qaçqının kreditlə tikdiyi 2 otağı bulduzerlə kürüyürlər.

Üstəlik, polislər Eyyub Tağıyevi döyərək, bir sutka şöbədə saxlayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam