Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Kollegiyaya cinayətkarları yığıblar” – Vəkildən sədrə şok ittihamlar

 

sefiqe

“Vəkillər Kollegiyasının sədri Azər Tağıyevi məhkəməyə verəcəyəm”.

Xeberinfo.com:   Bunu AzNews.az-a vəkil Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasının onunla bağlı çıxardığı qərara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Vəkilər Kollegiyasının sədri Azər Tağıyev 1990-cı ildən bəri onu kollegiyadan çıxarmaq istəyir: “Amma çıxara bilmir. Əvvəllər bir dəfə də mənim fəaliyyətimi dayandırıb. Bu adam məni həzm edə bilmir. Ona görə ki, mən vətəndaşlara kömək edirəm? Dəfələrlə ora-bura yazıb ki, Şəfiqəni efirə qoymayın. Ayıbdır, kişi bir qadınla mübarizə aparır. Məni ləkələmək istəyir. Bir günahım varsa qanunla tənzimlənsin, daha fəaliyyətim niyə dayandırılır? Kollegiyada vəkil deyilən kəs qalmayıb. Aslan İsmayılov, Namizəd Səfərov, bir sözlə Azərbaycanın bütün tanınmış vəkillərini kollegiyadan uzaqlaşdırıb. Bu adamın gözü heç kimi götürmür. Biz haqsızlıqlara dözə bilmirik. İstəyirlər ki, hamı Azər Tağıyevin qarşısında baş əysin. Əslində isə Vəkillər Kollegiyasında cinayətkarlar, məsuliyyətə cəlb olunmuşlar da işləyir. İndi ad çəkmirəm, amma lazım olsa onların adını açıqlayacağam”.

Ş.Nağıyeva qeyd edib ki, bu yaxınlarda vəkillərdən biri həbsxanaya telefon keçirərkən yaxalanıb, amma A.Tağıyev həmin adamı müdafiə edib: “Niyə müdafiə edib? Özü də həmin vəkil İntizam Komisiyasının sədridir”.

Ş.Nağıyeva müdafiə etdiyi şəxsdən külli miqdarda pul alması və Rəyasət heyətinə hörmətsizlik etməsiylə bağlı ittihamlara da cavab verib: “Mən işə çıxmıram, xəstəyəm. İşdə olmaya-olmaya məni müzakirəyə çıxarıb haqqımda qərar verirlər. Və mən bunu mətbuatdan eşidirəm. Qanun deyir ki, mən xəstəxanada ola-ola heç kim məni işdən ata bilməz. Mən insanlara yaxşılıqdan savayı heç nə etmirəm. Əvəzində isə şantaj eşidirəm. Bunu yalandan, məni nüfuzdan salmaq üçün edirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam