Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"ANS Fətullah Gülənin təbliğatını aparırdı"

“ANS-in Türkiyədəki hadisələrlə bağlı tutduğu mövqeyi qətiyyətlə pisləyirik”

 

Xeberinfo.com:   AzTV-yə istinadən xəbərə görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. 

Onun sözlərinə görə, Fətullah Gülənin fikirlərini insanlar arasında yaymaq vəziyyəti yenidən qarışdıra bilər: “Türkiyə televiziyalarında bu barədə informasiyalar getmir. Təəssüf ki, ANS televiziyasında baş verən hadisələr Gülənin təbliğatı istiqamətində getdi. Güləndən müsahibənin alınması ilə bağlı anonslar verildi.

Azərbaycanda baş verən proseslər birmənalı şəkildə Türkiyədə öz əksini tapır. Təsəvvür edin, Türkiyənin çevrilişdən yaxa qurtarmaq üçün addımlar atdığı bir məqamda Azərbaycanda fəaliyyət göstərən televiziyanın efirindən çevrilişi törətməkdə ittiham olunan şəxsin çıxışı hansı effekti verə bilər? Teleradio haqqında qanunda qeyd olunur ki, çevrilişlə, terrorçuluqla bağlı fikirlər təbliğ olunursa, Milli Televiziya və Radio Şurası həmin telekanalın fəaliyyətini müvəqqəti dayandıra bilər. Məhz ANS-in Türkiyədə baş verən proseslərə qeyd olunan sayaq yanaşdığına görə yayımı müəqqəti dayandırılıb”. 

Ə.Amaşov qeyd edib ki, bununla bağlı aparıcı media qurumlarının, televiziya rəhbərlərinin, media ekspertlərinin iştirakı ilə müzakirələr aparılacaq: “Biz ANS-in Türkiyədəki hadisələrlə bağlı tutduğu mövqeyi qətiyyətlə pisləyirik. Ona görə də bu kimi hadisələrin digər KİV-lərdə təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam