Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hökumət Türkiyəyə görə ANS-i bağladı – sensasion gəlişmə

Azərbaycan hökuməti Türkiyəyə görə ANS-i bağladı – sensasion gəlişmə

 

Bakıda ANS televiziyasının cəzalandırılmasının, ANS ÇM radiosunun tam qapadılmasının arxasındakı proseslər 

 

Xeberinfo.com:  Türkiyədə qarşısı alınan 15 iyul silahlı qiyamının  Azərbaycana da müəyyən təsirlərin olacağı xəbərləri özünü tezliklə doğrultdu. Bu xəbərlərdə əsas xətt ABŞ-da sığınacaq tapan “Hizmət” hərəkatının lideri Fətullah Gülənlə bağlı idi. Bildirilirdi ki, qiyamın təşkilatçısı kimi göstərilən F.Gülənin Azərbaycanla bağlı xeyli zəiflədilmiş “kökləri” yenidən “qazılacaq”. 
 
İyulun 18-də ANS telekanalının yayımının qəfil dayandırılmasının məhz F.Gülənlə bağlı olduğunu heç kim inkar etmir, əksinə, rəsmilər ilk dəfə məhz vurğunu Türkiyə Azərbaycan münasibətlərini ciddi zədələyən F.Gülənin təbliği, eləcə də hərəkat liderinin anons edilən müsahibəsi olduğunu bəyan edirlər.
İyulun 19-da Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının bir ay dayandırılması ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib. “Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib. 
Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib”, - deyə, məlumatda bildirilir.  
Məlumatda həmçinin qeyd olunur ki, hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. “ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib” deyə, MTRŞ bildirib. 
MTRŞ bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.
MTRŞ bildirib ki, şirkətə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığa (lisenziyaya) da xitam verilib. Qeyd edək ki, ANS rəhbərliyi Baş Prokurorluqda da ifadə veriblər. MTRŞ-in yekun qərarı ilə ANS televiziyası 1 ay müddətinə qapadılıb, ANS ÇM  radiosunun lisenziyası isə, birdəfəlik ləğv olunub.   
    
Ehtimal ki, iyulun 18-də prezident İlham Əliyevlə Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı Azərbaycan mediasının qardaş ölkədə baş verən hadisələrə münasibəti də müzakirə olunub. Nəzərə alsaq ki, indi Türkiyə hökuməti üçün çox həssas bir mərhələdir. Təsadüfi deyil ki, təkcə Azərbaycanda deyil, dünyanın hər hansı bir ölkəsində Türkiyə ilə bağlı informasiya dərhal rəsmi Ankaranın reaksiyasına səbəb olur. 
Bu baxımdan ANS-in narazı qaldıqları mövqeyi və Fətullah Gülənlə anons etdiyi özəl müsahibəsi Türkiyə hakimiyyətinin diqqətini cəlb etməyə bilməzdi. Ehtimal ki,  məhz telefon danışığında Ərdoğan bəzi media quruluşlarının, xüsusilə ANS telekanalının münasibətindən narazılığını ifadə edib. ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Güləndən müsahibə alması və bu müsahibənin telekanalda yayılma ehtimalı Türkiyə tərəfini həddən artıq qayğılandırıb. 
Üstəlik, MTRŞ-ın yaydığı bəyanatdan da görünür ki, Türkiyə rəhbərliyi təkcə Gülənlə müsahibədən qayğılanmayıb, ümumiyyətlə ANŞ-in qiyamla bağlı mövqeyindən narazı olub.
 
Musavat.com-un məlumatına görə, prezidentlərin danışığından əvvəl də  Türkiyənin Azərbaycandakı səfiri bir neçə dəfə Xarici İşlər Nazirliyi, daha sonra isə Prezident Administrasiyası ilə əlaqə saxlayıb və Ankaranın bu məsələdə narahatlığını diqqətə çatdırıb. Məlumatda iddia olunur ki, həmçinin Türkiyə Prezidenti Administrasiyasının yetkililəri Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri ilə bir neçə dəfə təmas qurublar və yaranmış problemin həllinə təsir göstərilməsini xahiş ediblər. 
Rəsmi açıqlama  və 1 aylıq qadağa, o cümlədən də ANS radiosunun tam qapadılması da təsdiq edir ki,  ANS-lə bağlı baş verən olaylar məhz Türkiyə hakimiyyəti ilə təmasların nəticəsidir. Azərbaycan hakimiyyəti Türkiyə ilə strateji müttəfiqlik, dostluq və qardaşlıq münasibətlərini əsas tutaraq ANS-in fəaliyyətini dayandırdı və faktiki olaraq onu qurban verdi. 
Burada mühüm bir məqamı da qeyd etmək lazımdır. Azərbaycan hakimiyyəti ANS-i bağlamaqla xaricdən mümkün təpkiləri də gözə almamış deyil. Amma bu qərarlılıq həm də onu sübut edir ki, iki ölkə rəhbərliyi arasında münasibətlər hansı səviyyədədir ki, ölkələrinin mənafeyi üçün hətta mümkün təzyiqləri belə  gözardı edə bilirlər.        
 
Daxil olan digər məlumatlara görə, paralel olaraq Azərbaycanda Gülən tərəfdarlarına qarşı da tədbirlər gücləndirilib. İddia olunur ki, artıq  Qafqaz Universiteti sıxışdırılıb və onun fəaliyyətinin hətta bu günlərdə dayandırılacağı da mümkündür. O cümlədən, "SOCAR Turkey Energy” də artıq nurçulardan təmizlənmə əməliyyatının başa çatdığı söylənilir. Belə ki, şirkətin icraçı direktoru Kənan Yavuzdan sonra onun müavini Samir Kərimli də vəzifəsindən çıxarılıb. Bunun ardınca isə bütün nurçu şəbəkənin  şirkətdən təmizləndiyi söylənilir.
Daha bir iddia da “Xəzər” telekanalı  ilə bağlıdır. Belə ki, xəbərlərə görə, bir neçə aydır  ki, “Xəzər” telekanalından nurçuların təmizlənməsi prosesi gedir. İcraçı direktor Hüseyn Dinləməz də daxil olmaqla  telekanalda çalışan xeyli sayda gülənçinin oradan uzaqlaşdırıldığı iddia olunur.  
 
Bildirilir ki, Fətullah Gülənin Azərbaycandakı təhsil şəbəkəsinin son  qalıqları ilə bağlı məsələ də artıq həll olunur.
 
Musavat.com 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam