Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gülən 20 illik sirri açdı: ''Ərdoğan liftdə demişdi ki...''

 

 

“Mən Türkiyəyə rəhbərlik edən şəxslə indiyə qədər iki dəfə görüşmüşəm”.
Xeberinfo.com:   Məlumata görə, bu sözləri “Hizmət” hərəkatının ABŞ-da yaşayan lideri Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söyləyib.
 
F.Gülən 20 il əvvəl olmuş ilk görüşün diqqət çəkən bəzi detallarını açıqlayıb: “İlk dəfə partiya yaratmaq istəyərkən gəlmişdi yanıma. Nəcməddəin Ərbakandan ayrılıb partiya yaratmaq istədiyini söylədi. Səmimi deyirəm, davranışı və görünüşü ilə bir müsəlman olaraq simpatiya yaratdığı üçün mən də təmiz hisslərimi anlatdım ona. Ərbakana qarşı geniş mübarizəyə başlamamasını, Türkiyədə hərbçilərin hələ də ciddi siyasi çəkiyə malik olduqlarını və onlara qarşı da təmkinli davranmasını məsləhət gördüm”.
“Hizmət” liderinin dediyinə görə, Ərdoğan ona qarşı indiki niyyətlərini elə o vaxtdan daşıyırmış: “Məndən ayrılandan sonra liftdə yanında olan adama deyib ki, ilk növbədə bunların məsələsini həll etmək lazımdı. Bunu mənə sonradan söylədilər. Demək, bunlar hələ 20 il öncədən özlərindən başqa heç bir qüvvəni, hətta bəşəri dəyərləri daşıyan bir qüvvəni belə qəbul etmədiklərini göstərmişdilər. Bizə qarşı bugünkü hisslərini o vaxtdan içlərində saxlayırlarmış...”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam