Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türk nəşri: “Çevrilişi kim təşkil etmişdi?”

TC

  (Yeni Çağ (Türkiyə),17.07.2016)

Xeberinfo.com:    Aydınlaşıb ki, Türkiyədə çevrilişə cəhdin arxasında HHQ-nin keçmiş komandanıgeneral Akın Öztürk və yeznəsi, polkovnik Hakan Karakuş durur. 2013-cü ildə Türkiyədə “Gürz” əməliyyatında bir neçə komandir  həbsə alındıqdan dərhal sonra general Akın Öztürk HHQ-nin komandanı oldu. O, iki il bu vəzifədə olandan sonra estafeti general Abidin Ünala verib. Səlahiyyət müddətini Ali hərbi şuranın üzvü kimi davam etdirən general Öztürk bu il avqustun 30-da istefaya getməliydi.

 

Bir il əvvəl xəbərdarlıq etmişdilər

 

Məlum olub ki, bir qrup zabit keçən il Baş qərargaha məlumat verib ki, ehtimal edildiyi kimi, gülənçilərn terrorçu təşkialtı (FETÖ) ilə bağlı olan Akın Öztürk “çevriliş etməyə imkan verən potensiala sahibdir”.

Yuxarıda sadalanan versiyalar sırasında güman da var ki, Ali hərbi Şuranın ən yaxın iclasında FETÖ ilə bağlı general və admiralların istefaya göndəriləcəyi məlum olandan sonra general Öztürk Quru qoşunların təhsil və doktrina idarəsinin rəisi, general Metin İyidillə birlikdə çevrilişə start verib. Çevriliş baş tutsaydı, Akın Öztürk Baş qərargaha başçılıq edəcəkdi.

 

Çevriliş günü toy var idi

 

Çevriliş günü İstanbulda bütün HHQ və HHM qüvvələrinin komandanı, general İlxan Şanverin qızının toyu gedirdi. “Moda Deniz Kulübü”ndə baş tutan bu tədbirə HHQ-nin bütün yüksəkçinli komandirləri, o cümlədən HHQ indiki komandanı, general Abidin Ünal dəvət edilmişdi. Toyda iştirak etməyən yeganə komandir general Akın Öztürk idi.

 

Ankarada düyməyə basdılar

 

General Akın Öztürk əməliyyata start verərkən iyuylun 15-də axşam saat 22.00-da F-16 təyyarələri Akıncının 4-cü aviabazasından havaya qalxıb. Bu əməliyyat Öztürkün yeznəsi, podpolkovnik Hakan Karakuşun komandirlik etdiyi və Akıncı bazasında yerləşmiş 141-ci aviaeskadrilyadan başlanıb. Karakuş iki il əvvəl Kuveyt diplomatları ilə dalaşıb qopmuş qalmaqal nəticəsində döyüləndə adı gündəmə çıxmışdı. HHQ-nin qərargah eskadrilyası kimi tanınan 141-ci aviaeskadrilyanın heyəti iyulun 15-də günün ikinci yarısında “eskadrilya komandirinin  göstərişi üzrə qısa iş günü” səbəbindən kazarmalara göndərilmişdi.

 

Yanacaq dolduran təyyarələr göndərilmişdi

 

F-16-la havada daha çox qalsın deyə İncirlik aviabazasından KC135R tipli iki yanacaq dolduran təyyarə hərəkətə gətirilib. Bu təyyarələr əvvəlcə Ankarada, sonra isə İstanbulda öz missiyasını yertinə yetirib: deməli, F-16-lar bir neçə saat havada qala bilib.

 

“Moda Deniz Kulübü”nün ərazisinə helikopter enib

 

F-16-lar Ankarada ikən  general İlxan Şanverin qızının toyu gedən klubun ərazisinə “Sikorski” S-70 helikopteri enib. Bütün komandirlər, hər şeydən əvvəl HHQ-nin komandanı general Abidin Ünal helikopterə əyləşdirilərək naməlum istiqamətə aparılıb. HHQ komandirlərinin putçistlər tərəfindən oğurlanması baza və eskadrilyalara duruma cəld reaksiya verməyə mane olub.

 

Ordu aviasiyasının dəstəyi

 

Qeyd olunub ki, Ankarada 4-cü Akıncı aviabazası və Adanadakı 10-cu aviaqanaddan (İncirlik) savayı çevriliş cəhdini ordu aviasiyası və jandarmeriya birləşmələri də dəstəkləyib. Ankarada “Sikorski” S-70 helikopterləri ilə yanaşı “Kobra” AH-1 helikopterləri də patrulluq edir, müxtəlif rayonlara atəş açırdı.

HHQ bu hadisələrdən sonra bütün bazalardan uçuşa hazır F-16-ları havaya qaldırıb. Onlar Ankara və İstanbul üzərində putçistlərin qüvvələrinə nəzarət edən təyyarələri izləyib. Prezident Ərdoğan çevriliş tərəfdarlarının nəzarət etdiyi aviasiyaya “atəş açmaq” əmri verib. S-70 helikopteri HHQ-ə məxsus təyyarə tərəfindən vurulub.

 

TC-ATA təyyarəsi yerə enərkən üzərindən F-16-lar uçub

 

Ərdoğan Dalamanda TC-ATA qeydiyyatlı təyyarəyə əyləşib İstanbuldakı Atatürk aeroportuna yollanıb. Onun Biqa şəhəri üzərində bir saata yaxın fırlanan təyyarəsini F-16-lar müşayiət edib. Lakin təyyarə saat 03.18-də İstanbul aeroportuna endikdən sonra Bandırma şəhərindən qalxmış təyyarələri putçistlərin nəzarət etdiyi təyyarələr izləməyə başlayıb.

TC-ATA təyyarəsi yerə endikdən sonra Floriya tərəfdən ümumi təyinatlı aviasiya perronuna sarı irəliləyib. Bu zaman iki səsdəniti sürəli F-16 təyyarəsi Atatürk aeroportunun üzərində alçaqdan uçub. Bəzi anqarların şüşələri çilik-çilik olub.

Rusiya təyyarəsinin məhvi qiyamçıların işidir?

 

Türkiyədə çevrilişə cəhd fonunda dərhal ağla gələn suallardan biri sıradakından ibarətdir: sərhədin pozulması üzündən 2015-ci noyabrın 24-də Rusiya təyyarəsinin məhvinin arxasında putçistlərin bu strukturumu durur?

Çevriliş tərəfdarı komandirlərlə yanaşı putçistlərin istifadə etdiyi F-16-ların və yanacaq dolduran təyyarələrin pilotları, həmçinin onlara dəstək verən yerüstü komandalar da həbs edilib.

 

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam