Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mikayıl Cabbarov Məleykə Abbaszadə ilə dil tapmağa çalışır- "Birgə tapacağıq"

milocka

 

“Əminəm ki, məsələnin həllini həmkarım Məlaykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.

Xeberinfo.com:   Məlumata görə, bunu təhsil naziri  Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparılmasının mümkünlüyü barədə fikirlərinə münasibət bildirərkən deyib. Təhsil naziri deyib ki, bu məsələ əvvəlcə müzakirə olunmalıdır. Burada bir neçə məsələnin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxs olduğu üçün onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır: “Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin maliyyələşdirilməsi məsələsi var. Başqa məsələ odur ki, təhsilalanlara xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir.Bu səbəbdəb göstərilən xidmətlərin ödənişinin necə həyata keçirilməsi dəqiqləşdirilməlidir. Nazirliyə bu barədə müraciət olduqdan sonra rəsmi mövqeyimizi bildirəcəyik”.

Təhsil naziri qeyd edib ki, DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. O, bildirib ki, burada təhsilə çıxış və əlçatanlıq məsələsinə nəzər yetirilməlidir: “Hesab edirəm ki, müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həllini həmkarım Məlaykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam