Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İki ölkə nəzərdə tutmuşam”

BE842BC8-1784-4163-AD19-EB6E2B4C68A3_cx15_cy4_cw66_mw1024_s_n_r1

 

“Əqidəmdən dönməmişəm”

 

Xeberinfo.com:  Bunu AzNews.az-a açıqlamasında sabiq millət vəkili Güllər Əhmədova Bakı Apellyasiya Məhkəməsinin onun ölkədən 3 aylıq çıxmasına icazə verilməsi ilə bağlı qərarına münasibətində bildirib. O, tezliklə sağlığına qovuşacağına ümid etdiyini vurğulayıb: “İnşallah güman edirəm ki, tezliklə sağlığıma qovuşaram. Sadəcə qeyd etmək istəyirəm ki, viza alınması məsələlərində vaxtım çox keçməz. Çünki sağlamlığım önəmlidir”.
G.Əhmədova səhhətində olan problemlə əlaqədar hansı ölkəyə gedəcəyinə hələ qarar vermədiyini qeyd edib: “Məhkəmənin belə bir qərar verəcəyini bilmirdim. Ona görə bu haqda qərar verməmişdim. Yəqin ki, bir həftə ərzində hansı ölkəyə gedəcəyimi planlaşdıracam. İki ölkə nəzərdə tutmuşam”.
Sabiq deputat Azərbaycanı heç bir ölkə ilə dəyişə bilmədiyini deyib: “Mən bu iqtidarın siyasətini dəstəkləyirəm. Baxmayaraq ki, partiyada deyiləm, amma əqidəmdən dönməmişəm. İnsanın həyatından çox şey baş verə bilər. Amma mənim ölkəmdən, dövlətimdən şikayətim yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam