Emin Ağalarov: “Qəlbim doludur”
“Mən hələ uşaq olanda Bakıda iki otaqlı mənzilimiz vardı. Atamın banan rəngli “Moskviç 412″ avtomobilini isə anam idarə edirdi. O demək olar ki, Bakıda avtomobil sürən ilk qadın idi. Ondan hətta yanacaqdoldurma məntəqələrində pul da götürmürdülər, sadəcə get deyirdilər. Çox yaxşı günlər idi”.
Xeberinfo.com: ANS PRESS-in məlumatına görə, bu sözləri məşhur müğənni Emin Ağalarov Xəzər dənizinin sahilində, keçirilən “İsti günlər” – “JARA” Beynəlxalq Musiqi Festivalı zamanı “HELLO” jurnalına müsahibəsində belə deyib. O, həyatı, ailəsi ilə bağlı bir çox maraqlı məqamları da açıqlayıb.
Bakı haqqında xatirələrini bölüşən müğənni doğulduğu şəhəri çox sevdiyini və şəhərin yaxşı mənada xeyli dəyişdiyini qeyd edib.
Emin Ağalarov, övladları Mikayıl və Əli
Emin Ağalarov və oğlu Mikayıl
Emin Ağalarov və Leyla Əliyeva övladları ilə birlikdə
Emin Ağalarov və oğulları
Gənc müğənni və bəstəkarın model Alina Qavrilova ilə birlikdə olduğu deyilir.