Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xoşqədəm Hidayətqızı ANS-dən getdi

1436423883_xosqedem-xestelendi

 

Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə “Xəzər” telekanalında işə başlayacaq.

 

Xeberinfo.com:   Axşam.az-ın məlumatına görə, ana olduqdan sonra Türkiyədə qalan aparıcı bir neçə gündür Bakıya qayıdıb. O, yeni işi ilə bağlı telekanala gedib-gəlir. Hətta artıq kanalın yeni binasında X.Hidayətqızının verilişinə studiya da ayrılıb. Hazırda isə studiyada dekor qurulur.
Qeyd edək ki, X.Hidayətqızı eyni zamanda sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan “Yeni həyat” verilişinin ideya müəllifidir. Proqramın işçi heyəti arasında X.Hidayətqızının “Səni axtarıram” layihəsində çalışanlar da yer alıb.
Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də “Səni axtarıram” verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də “Xoşqədəmlə axtarıram səni” və “Deməsək olmaz” verilişlərinə aparıcılıq edib.
Aparıcı analıq məzuniyyətinə çıxarkən “Deməsək olmaz” proqramını İradə İsaqa həvalə etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam