Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rəşad Məmmədov azadlığa buraxıldı

resad_memmedov_bayraq3

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xeberinfo.com:  Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Səbinə Quliyeva bildirib ki, kompleksdə landşaft dizayneri kimi çalışıb, ərazidə yaşıllaşdırma dizaynı ilə məşğul olub.

Prosesdə şahid qismində ifadə verən Ceyhun Cəfərov isə vəkil işlədiyini, İ.İsfəndiyarovun ondan obyekt alqı-satqısı sənədlərinə baxmasını xahiş etdiyini deyib: “Sənədlərə baxıb ona məsləhət vermişəm”.
Daha sonra məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. O, R.Məmmədov və İ.İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini, həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.
Müşavirədən sonra məhkəmə təqsirləndirilən şəxslərə qarşı hökmü elan edib. Məhkəmənin hökmü ilə R.Məmmədov və İsfəndiyar İsfəndiyarov məhkəmə zalından azadlığa buraxılıb, Arzu Məmmədov barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb. (Trend.az)

Xatırladaq ki, Rəşad Məmmədovun həbsindən sonra onun anasının milliyətcə erməni olması faktı ictimailəşdirilmiş və KİV-də onun əleyhinə kampaniya təşkil olunmuşdu. Belə ki, virtualaz.org saytı R.Məmmədovun anasının erməni olduğunu iddia edib: “R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir”.
Bakının yarısını heç bir qanuna məhəl qoymadan buldozerlə yerlə-yeksan edib dağıdan, heç kəsə kompensasiya vermədən insanları halal evlərindən və ofislərindən küçəyə atan , həttafəhlələrin pulunu belə mənimsəyən R.Məmmədov anasının sənədlərini də saxtalaşdırıb, ermənini bu yolla “azərbaycanlıya” çevirib. Belə cinayətlərə, dövlət sənədlərini saxtalaşdırmağa görə isə çox ağır cəzalar nəzərdə tutulur!

Bundan əlavə R.Məmmədovla bağlı vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət büdcəsinə külli miqdarda ziyan vurmaq, 600 fəhlənin haqqını mənimsəmək və sair kimi ittihamlar vardı.  Onun belə qısa müddətdən sonra azadlığa buraxılması Azərbaycan hüquq-mühafizə orqanlarına, onun ədalətinə inamı sarsıdan faktlardan biri kimi tarixə düşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam