Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rəşad Məmmədov 6 milyona hansı obyektləri alıb?

bayraqidaresi-resad

«Bilsəydim ki, bu məsələyə görə bu boyda biabırçılıq olacaq, elə əvvəldən birbaşa xanımın adına keçirərdim…»

Xeberinfo.com:  Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, eləcə də onunla birlikdə mühakimə olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun təqsirləndirildiyi cinayət işində 6 milyon manatlıq alqı-satqıdan söhbət gedir.

Cinayət işinin materiallarına görə, Rəşad Məmmədov Nizami küçəsi 44 ünvanında birinci mərtəbəni almaq istəyib. Orada da həm mənzil, həm də müxtəlif obyektlər yerləşib. Təqsirləndirilən Isfəndiyar Isfəndiyarov bu işdə vasitəçi olub və bütövlükdə birinci mərtəbəni onun üçün 6 milyon manata ala biləcəyini deyib. Mənzil və obyekt sahiblərilə də Isfəndiyar Isfəndiyarov danışıb. Bu iş üzrə zərərçəkmiş qismində tanınan Zabil Salmanov da həmin obyektlərdən birinin sahibidir. İş materiallarında onun şikayət ərizəsi var ki, qarşı tərəf şərtlərə əməl etməyib və onu aldadıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində iyunun 7-də keçirilən məhkəmə iclasında İsfəndiyar İsfəndiyarov dövlət ittihamçısının bu haqda suallarını cavablandırıb. O bildirib ki, Zabil Salmanovun 236 kvadrat metrlik obyektini 4 milyon 700 min manata ondan almaq barədə razılaşıblar.

“Rəşad Məmmədovla 6 milyona razılaşdıq, gedib ondan birdəfəyə həmin vəsaiti götürdüm. Notarial qaydada Zabil Salmanova 4 milyon 700 mini verdim. Qalan pulu da digər obyekt və iki otaqlı mənzilin sahibinə verdim”, – Isfəndiyar Isfəndiyarov bildirib.

Dediyinə görə, rahat olsun deyə, həmin əmlakları bibisi oğlu Arzu Məmmədovun adına alqı-satqı ediblər. Arzu Məmmədovdan sonra isə həmin daşınmaz əmlak Rəşad Məmmədovun həyat yoldaşı Səbinə Məmmədovanın adına rəsmiləşdirilib. Amma bir müddət sonra Səbinə Məmmədova ilə Arzu Məmmədov arasında olan alqı-satqı müqaviləsi məhkəmə yolu ilə ləğv olunub. İsfəndiyar İsfəndiyarov bildirdi ki, bu addım Rəşad Məmmədovun öz istəyilə atılıb. Çünki o, sonradan həmin əmlakların qayınanası Elmira xanımın adına keçirmək istəyib: “Məhkəmə yolu ilə alqı-satqı ləğv olunandan sonra əmlaklar yenidən Arzu Məmmədovun adına qayıtdı. Bundan sonra artıq Elmira xanımla alqı-satqı edildi. “Bilsəydim ki, bu məsələyə görə bu boyda biabırçılıq olaraq, elə əvvəldən Arzunun yox, birbaşa xanımın adına keçirərdim…”, – İsfəndiyar İsfəndiyarov bildirib.

Digər təqsirləndirilən Arzu Məmmədov ifadəsində deyib ki, özünü dələduzluq ittihamı üzrə təqsirli bilmir: “İsfəndiyar dayım oğludur, ziyalıdır, onun hər çağırışına həmişə cavab vermişəm. Dedi ki, belə bir iş var, ”summa” böyükdür deyə, başqasına etibar eləyə bilmirəm, mən də razılaşmışam”.

O, istintaqa ifadələrini tam təsdiqləməyib. Həmin ifadələrdə həm Rəşad Məmmədovun, həm də İsfəndiyar İsfəndiyarovun əleyhinə xeyli məqamlar var.

“Ailəm ağır xərçəng əməliyyatı keçirmişdi, özüm həbs olunandan iki gün sonra iflic oldum. O vəziyyətdə desəydilər ki, ”yaz, filankəsi mən öldürmüşəm, onu da yazacaqdım”. Elə bir şey olmayıb ki, biz oturub əvvəlcədən plan quraq ki, Zabil Salmanovu aldadacağıq”, – Arzu Məmmədov qeyd edib.

Arzu Məmmədovun barəsində həbs-qətimkan tədbiri bu ilin martında dəyişdirilib. Amma bundan əvvəl onunla Rəşad Məmmədov arasında üzləşmə keçirilib. Həmin vaxt Arzu Məmmədov Rəşad Məmmədovun əleyhinə danışıb.

Bugünkü dindirmə zamanı Rəşad Məmmədov ondan həmin üzləşmədə dediklərinin həqiqət olub-olmadığını soruşub. Arzu Məmmədov suala belə cavab verib: “O üzləşmə yadımda deyil”.

Məhkəmə prosesi iyunun 10-da davam edəcək.

Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarına görə, Rəşad Məmmədov tabeliyindəki işçilərə lazım olduğundan daha pul vəsait verməklə, 200 min manatdan artıq vəsaiti israf edib. (Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam