Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Binəqədi kəndinin bir hissəsi 10 gündür suya möhtacdı

supuluBakının Binəqədi kəndinin Dağlılar məhəlləsi deyilən hissəsində yüzlərlə ailə təxminən bir aydan artıqdır ki,  içməli su sarıdan əziyyət çəkir.

Xeberinfo.com:   Son on gündə isə vəziyyət daha dözülməz hala gəlib. Çünki suyun verilməsi tamamilə dayandırılıb.

Sakinlər dəfələrlə müvafiq orqanlara, Binəqədi Su-Kanal Idarəsinə müraciət etsələr də, aldıqları qeyri-müəyyən cavabların heç biri onları qane etməyib.

Əldə etdiyimiz məlumata görə, sakinlərin oxşar problemlərlə üzləşməsi ilk dəfə deyil. Ildə bir neçə dəfə bu hal təkrar olunur.

Sakinlərin sözlərinə görə, Binəqədi kəndinə yaxın ərazilərdə yüksək vəzifəli məmurların üzüm və meyvə-tərəvəz sahələri var və onların suvarılması prosesi zamanı kəndin bəzi məhəllələrinə su təchizatı dayandırılır. Sahələr tam suvarılandan sonra əhaliyə su verilməsi bərpa edilir.

Sakinlər həmin sahələrin hansı məmurlara aid olduğunu desələr də, bu haqda məlumatları dəqiqləşdirmədən dərc etməyi uyğun bilmədik.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam