Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"QIZIL ƏMƏLİYYATI": Saxlanılanlardan 2 nəfərin adı məlum oldu

antiterror-emeliyyati

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib.

Xeberinfo.com:   Rayon sakinlərindən AzNews.az-a verilən məlumata görə, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb.

Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, onlar həmin ərazidən qızıl çıxarırmışlar.
Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.

Məsələylə bağlı Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq ki, məlumatsız olduqlarını, başçının qızıl qalmaqalında adı hallanan Fuad Əliyev adlı köməkçisinin isə bir neçə gündür işə gəlmədiyini bildirdilər.

***

Goranboy rayonundan gələn yeni məlumatlarda bildirilir ki, hazırda rayonda icra başçısı Nizaməddin Quliyevin vəzifəsindən azad olunduğu barədə xəbərlər yayılır.“AzPolitika”ya verilən məlumatlarda həmçinin, o da bildirilir ki, qızılaxtaranlar məqsədlərinə nail olublar – qazıntı zamanı xeyli qızıl, qədimi qızıl pullar və sairə, aşkar olunaraq götürülüb. Hazırda ərazi DTX əməkdaşlarının nəzarəti altındadır.

***

DTX-nın yerli polis şöbəsi ilə birlikdə Göranboyda keçirdiyi əməliyyat zamanı saxlanılanlardan bəzilərinin də adları məlum olub. Rayondakı mənbələrdən “AzPolitika”ya daxil olan məlumata görə, Qızıl Kurqan ərazisində qanunsuz qazıntı işlərinə cəlb olunan ekskavatorun sürücüsü Ramil Əliyev adlı vətəndaş olub. Qızıl axtaran aparatın sahibi isə Mübariz Səfərovdur. Məlumata görə, ekskavator yerli Suvarma İdarəsinin balansındadır.

Saxlanılan şəxslərin bu gün məhkəmə qarşısına çıxarılacaqları gözlənilir.

Onu da qeyd edək ki, baş verən hadisədə nəqliyyat naziri Ziya Məmmədova yaxın şəxs kimi təqdim olunan iş adamı Qulam Ələkbərovun da adı hallanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam