Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı DTX-nın əməliyyatına mane olmağa çalışıb?

1465909826_goranboyih

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib.

Xeberinfo.com:   Yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb.

Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, onlar həmin ərazidən qızıl çıxarırmışlar.

Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.

Goranboydakı mənbənin AFN.az-a verdiyi məlumata görə, əməliyyat keçirən gün hadisə yerinə gələn nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub. Onun da aparılan qazıntı işlərində şərik olduğu bildirilir: “İcra Hakimiyyətindən mətbuata açıqlamada köməkçinin guya xəstə olduğu, işə çıxmadığı deyilib, halbuki həmin hadisə baş verən ərəfədə onun işdə olduğunu görənlər olub. Nizaməddin Quliyev isə ora köməkçisini aradan çıxarmaq üçün gəlibmiş, görünən odur ki, məqsədinə nail olub. Başçının hətta DTX-nin əməliyyatına problem yaratmağa çalışması haqda da rayonda söz-söhbət gəzir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam