Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İcra başçısının stolundakı bahalı içkilər - FOTO

 

Ramiz Həsənovun iştirak etdiyi məclisdə qarşısına düzülmüş içkilərin təkcə 3-nün qiyməti 2500 manata yaxındır 

Xeberinfo.com:   
Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır. Xüsusən də Zəngilan və Qubadlının icra başçısının kimliyi heç mətbuatın da diqqətində deyil. Daha doğrusu, onların hansı işlərlə məşğul olduqları maraq kəsb etmir. 

JAM.AZ xəbər verir ki, Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Laçın, Cəbrayıl və daha bir neçə işğal altında olan rayonların rəhbərlərindən fərqli olaraq, Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır. 
Qeyd edək ki, Zəngilanın icra başçısı Ramiz Həsənov Qaçqınkomun sədri Əli Həsənovun qardaşıdır. Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub. JAM.AZ xəbər verir ki, işğal olunmuş rayona rəhbərlik etməkdən daha çox, əyləncəli məclisləri sevən Ramiz Həsənovun çıxış etdiyi tədbirlərdən birində çəkdirdiyi foto yayımlanıb. 
Həmin fotoda Həsənovun hansısa məclisdə olduğu və qarşısında zəngin süfrə açıldığı diqqəti çəkir. Masanın üzərindəki bahalı içkilərin qiymətləri isə min manatlarla qiymətə malikdir. Məsələn, fotoda əks olunan «Henssy» konyakının qiyməti 750 avrodan başlayır. Və ya «Chivas» viskisinin qiyməti isə 150 manat dəyərindədir. «Regal» adlı visik isə 250-300 manat civarında satılır. 
Hətta toy olsa belə, icra başçısının bu qədər bahalı içkiləri qarşısına düzməsi heç bir şəkidə başadüşülən deyil. Əvvəla, ona görə ki, o, işğal altında olan bir rayonun rəhbəridir. İkincisi, qaçqın rayonunun rəhbərinin o qədər pulu və hökmü haradandır ki, qarşısına 2-3 min manatlıq içki düzülür? 
Xatırladaq ki, Qaçqınkomun sədri Əli Həsənovun yaxın ailə üzvlərinin bahalı həyat tərzləri barədə hələ xeyli əvvəldən mətbuatda məlumatlar yayılıb. Hətta bu yaxınlarda onun nəvələrinin dəyəri milyon manatla ölçülən maşın kolleksiyalarını nümayiş etdirdiyi yerdə videoları yayılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam