Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə Nazirliyində qalmaqal: polkovnik həbs edildi

Ermənistan Müdafiə Nazirliyi ətrafında növbəti qalmaqal yaranıb. Qalmaqalın səbəbkarı isə müdafiə naziri Seyran Ohanyanın mühafizə xidmətinin rəisi Sergey Ayrapetyandır.

Xeberinfo.com:   APA-nın məlumatına görə, "Joxovurd" qəzeti yazır ki, Ermənistan Müdafiə Nazirliyinin departament rəisi, polkovnik Samvel Xaçatryan bu ilin martında “L tech comp.” MMC tərəfindən Müdafiə Nazirliyinə satılan texnikanın qiymətlərinin şişirdildiyini aşkarlayıb.

Bu barədə söhbət yayılmağa başlayandan sonra S. Ayrapetyan S. Xaçatryana xəbərdarlıq edib ki, bu məsələni unutsun, bu barədə yuxarı dairələrə məruzə etməsin. Ancaq S. Xaçatryan onun xəbərdarlığına məhəl qoymayıb və aşkarladığı qanun pozuntusunu nazirliyin yuxarı dairələrinə məruzə edib.

Bundan sonra isə S. Xaçatryan həbs olunub. Yaxınları təkidlə bildirirlər ki, onun həbsi quramadır və S. Ayrapetyan tərəfindən təşkil olunub.

Qəzet yazır ki, bu il martın 15-də Müdafiə Nazirliyinin Texniki Təchizat İdarəsinin baş mütəxəssisi Arsen Qaribcanyan rüşvət götürməkdə təqsirli bilinərək həbs olunub. O, müstəntiqlərə bildirib ki, S. Ayrapetyan onu təhqir edib, hədə-qorxu gəlib. Ayrapetyan onu təhdid edərək, S. Xaçatryanın əleyhinə ifadə verməsini istəyib.

Qəzet onu da qeyd edir ki, nazir S. Ohanyan və onun mühafizə xidmətinin rəisi S. Ayrapetyan şirkətlərin nazirliyə istədikləri qiymətə məhsullar satmasına göz yummağa davam edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam