Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Cahangir Hacıyevin həyat yoldaşı ölkədən qaçıb! - 18 milyonluq mənimsəmə

 

cahangir

Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva barəsində həbs-qətimkan tədbirinin seçildiyi barədə məlumat öz təsdiqini tapıb. 

Xeberinfo.com:   “AzPolitika” xatırladır ki, “Basta” saytının bugünkü məlumatında Zamirə Hacıyevanın həbs olunması barədə qərarın Nərimanov Rayon Məhkəməsi tərəfindən iyunun 1-də çıxarıldığı bildirilirdi. Onun həbsi barədə təqdimat isə Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən verilib.

Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon (!) manat pul çıxarmaqda ittiham olunub.

Lakin Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ldə London istiqamətində Bakını tərk edib və bu günə qədər geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

AzPolitika.info mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda ittiham olunan Z.Hacıyeva barəsində məhkəmə qərarını təqdim edir:

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam