Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Şəhər İcra Hakimiyyətinin 9 məmuru cəzalandırıldı

 

 

 

 

 

  Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsində aparılmış audit yoxlamaları nəticəsində vəzifələrinin icrası zamanı nöqsanlara yol verən 9 vəzifəli şəxsi cəzalandırıb
   "xeberinfo.com": Bu barədə məlumat Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında açıqlanıb. Sənəddə qeyd olunub ki, auidit yoxlaması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Belə ki, Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin proqnozlaşdırılması zamanı hesablamaların faktiki qulluq göstərilən yaşıllıq ərazisinə görə aparılmaması səbəbindən həmin xərclərin proqnoz məbləğləri artırılıb, qüvvədə olan normalara əməl olunmaması nəticəsində yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid olmayan xərclər də proqnozlaşdırılıb.
Kollegiya qərarının icrası ilə bağlı Palataya təqdim edilən məlumatda aidiyyəti təsərrüfat rəhbərləri və vəzifəli şəxslərlə müzakirələr aparıldığı, onlara müvafiq tapşırıqların verildiyi, Birliyin müəssisə və təşkilatlarında yol verilən nöqsan və çatışmazlıqlara təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.
Vəzifələrinin icrası zamanı nöqsanlara yol verən 9 vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü, o cümlədən 1 şöbə rəisinin işdən azad edildiyi, 1 şöbə rəisinin aşağı vəzifəyə keçirildiyi, 3 baş iqtisadçıya və 1 mühəndisə töhmət verildiyi, 1 idarə rəisi, 1 baş müsahib və 1 baş iqtisadçıya xəbərdarləq edildiyi qeyd olunub. 
Bundan başqa, 12000 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, 277876 manat debitor borcu uçota alınıb, 309476,04 manat məbləğində kreditor borcu ləğv edilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam