Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra Hakimiyyətində yeyinti

İcra Hakimiyyətində yeyinti aşkarlandı

 

Hesablama Paltası 2015-ci il üzrə İş Planına uyğun olaraq Sumqayıt şəhər İcra Hakimiyyətində (İH)və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda auidit tədbiri həyata keçirilib.
Xeberinfo.com:  Məlumata görə, həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində İH-də bir sıra nöqsanalar aşkarlanıb.
Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qüvvədə olan müvafiq normAlara əməl edilməyib, xidmət sahəsi üzrə dislokasiyalar İH tərəfindən deyil, səlahiyyətləri olmadığı halda icraçıların özləri tərəfindən təsdiq edilib.
Bəzi xərclər tələbatdan artıq və təxmini hesablanıb, büdcə vəsaitlərinə olan tələbat hesablanarkən auditlə əhatə olunan vəsaitin 1, 7 faizi səviyyəsində material ehtiyatlarının və nağd pul vəsaitlərinin qalığı proqnozlaşdırmada nəzərə alınamayıb.
Yaşıllıq sahəsinin tərkibinə aid edilməsi səbəbindən ştat cədvəllərində 94 ştat vahidi artıq daxil edilərək əmək haqqı xərclərinin çox proqnozlaşdırıldığı, işıqlandırma avadanlıqlarının alınması və quraşdırılması üzrə xərc maddəsi nəzərdə tutulmadığı halda 1 yanan işıq nöqtəsinə avadanlıqların alınıb quraşdırılması nəzərdə tutulduğu, Xidmət Sahəsi tərəfindən xərclər smetasında elektrik enerjisi, əmək haqqı və ona üstəlik xərcləri, mal-material xərcləri, avtonəqliyyat və s. xərclər işıq nöqtəsinə çəkilən xərclərin kalkulyasiyasında müəyyən edilən xərclərə nisbətən çox vəsaitin planlaşdırıldığı müəyyən edilib.
Audit tədbirləri nəticəsində Sumqayıt şəhər İcra Hakimiyyəti üzrə 73,1 min manat vəsait dövlət büdcəsinə bərpa edilib, 209,4 min manat dəyərində işlər görülüb, mənzil fondunun az hesablanmış 176,8 min manat gəliri uçota bərpa edilib, yaşıllıq ərazinin süpürülən ərazilərə aid edilməsi hesabına ştat cədvəllərinə daxil edilən 94 vahid dalandar ştatı ləğv edilib, anbarda artıq gəldiyi aşkar edilən 14,7 min manat məbləğində mal-material uçota alınıb, yol-nəqliyyat hadisələri nəticəsində dövlətə dəyən, lakin avtoqəzanı törədən sürücülərdən alınmayan 36,0 min manat məbləğində ziyan Xidmət Sahəsinin debitor borcuna əlavə edilərək uçota bərpa olunub.
Eyni zamanda nöqsanlara yol vermiş şəxslərlə bağlı intizam tənbeh tədbirlərinin tətbiq edilib, o cümlədən 2 məsul işçi tutduğu vəzifədən azad edilib, bir məsul işçi aşağı vəzifəyə keçirilib, 4 məsul işçiyə töhmət verilib, 3məsul işçiyə xəbərdarlıq olunub.
Nəticələr Kollegiyada müzakirə olunub və müvafiq qərar qəbul edilib. Nəticələr barədə eyni zamanda Milli Məclisə məlumat verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam