Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycana səfər edənlərin 77%-i həmsərhəd ölkələrin vətəndaşlarıdır

 

Bu ilin rübündə Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70 207 nəfər və yaxud 12,6% çoxdur

Yenixeber.org: Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayı ərzində ölkəyə səfər edib.

Azərbaycana səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya (171 814 nəfər), Gürcüstan (138 909 nəfər), İran (99 158 nəfər) və Türkiyə (72 733 nəfər) liderlik edib (təxminən 77%). Bununla yanaşı, BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilib.

2018-ci ilin 3 ayını 2017-ci ilin eyni dövrü ilə müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 684 nəfər və yaxud 12,7%), Rusiya (11 188 nəfər və yaxud 6,97%), Türkiyə (8 191 nəfər və yaxud 12,7%), BƏƏ (6 931 nəfər və yaxud 31%) və Küveyt (5 621 nəfər və yaxud 614%) olub.

Hesabat dövründə Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (342 457 nəfər və yaxud 54,5%), Fars körfəzi və Yaxın şərq ölkələri (166 976 nəfər və yaxud 26,5%) və Avropa ölkələrinin (93 122 nəfər və yaxud 14,8%) payına düşmüşdür.

Cari ilin 3 ayı üzrə sözügedən hər üç regiondan ölkəmizə gələnlərin sayında keçən illə müqayisədə artım baş verib. Belə ki, MDB ölkələri və Gürcüstan region üzrə 28 560 nəfər (9%), Fars körfəzi və Yaxın şərq ölkələri üzrə 23 022 nəfər (15,9%) və Avropa regionu üzrə 8 008 nəfər (9,4%) artım müşahidə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam