Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçim turu keçirilib - FOTOLAR

 

 

 

Bu gün Bakı Sosial Pedaqoji Kollecdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası”adlı layihənin növbəti seçmə turu keçirilib.

Xeberinfo.com:   Seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyin sədri Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Bakı Sosial Pedaqoji Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyevavə fəal tələbələr iştirak etmişdir.

İlk öncə qonaqları salamlayan Kollecin Tələbə - Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq. 

Sonda çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini,olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir.T.Əkbərov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana Yeni Məktəblər” layihəsi çərçivəsində inşa edilən yüzlərlə məktəb bu sahəyə xüsusi diqqət və qayğının bariz nümunəsidir.

 

Rəsmi hissədən sonra "Gənclərin Bilik Olimpiadası"nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və Bakı Sosial Pedaqoji Kolleci artıq dördüncü təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində, ikinci seçmə turu  Bakı Biznes və Kooperasiya Kollecində, üçüncü seçmə turu isə “Bakı Avrasiya” Universitetində keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. “Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.









 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam