Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tikintidə 400 mln. manatlıq uyğunsuzluq aşkar edildi – RƏSMİ

 

Xeberinfo.com:   Azərbaycanda 2015-ci ildə mühasibat uçotunun təşkili və aparılması ilə bağlı audit olunan qurumlarda müxtəlif istiqamətlərdə müəyyən edilmiş nöqsanlar nəticəsində 3 626,8 min manat məbləğində amortizasiya haqqının artıq hesablanıldığı, 238,7 min manat məbləğində fiziki cəhətdən tam köhnəlməmiş (aşınmamış) əsas vəsaitlərin və digər aktivlərin qalıq dəyərinin balansdan silindiyi, 9 4551,1 min manat məbləğində maddi və qeyri-maddi aktivlərin əsas vəsait kimi müvafiq hesablarda uçota alınmadan birbaşa xərcə silindiyi aşkar edilib. “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci ildəkı fəaliyyəti haqqinda hesabatında göstərilib.
Hesabata görə, qeyd edilən dövrdə 37 790,7 min manat məbləğində kapital qoyuluşu üzrə xərclərin balans hesabatlarında, podratçı təşkilatlara köçürülmüş 681 013,9 min manat məbləğində vəsaitin isə maliyyə hesabatlarında əks etdirilmədiyi, 2 457,6 min manat məbləğində xəzinədarlıq orqanları tərəfindən öhdəliyə götürülməyən kreditor borcun yaradıldığı, 454 055,0 min manat məbləğində aktivlər və öhdəliklərin balansa mədaxil edilmədiyi, tikintisi başa çatdırılmış obyektlər üzrə 144 901,2 min manat məbləğində məsrəflərin uçota alınmadığı müəyyən olunub.
Nəzarət tədbirləri zamanı qurumlar tərəfindən tərtib edilmiş “Maliyyə vəziyyəti haqqında hesabat” və Dövlət Statistika Komitəsinin müvafiq məlumatları arasında istifadəyə verilmiş əsas fondların və tamamlanmamış tikinti işlərinin dəyəri üzrə 397 420,8 min manat məbləğində uyğunsuzluq aşkar olunub.
Audit olunmuş qurumlarda nizamnamə kapitalının artırılmış dəyərinin müvafiq uçot sənədlərində nəzərə alınmaması, əsaslı kapitala yönəldilmiş vəsaitin məbləğinin müvafiq hesabatlarda fərqli əks etdirilməsi kimi nöqsanlara da yol verilib.
Hesablama Palatası audit olunan qurumların böyük əksəriyyətində müəyyən olunmuş nöqsanları siyahısında vəsaitin təyinatının dəyişdirilməklə icra olunmasının da olduğunu açıqlayıb.
Hesabat ilində audit olunan qurumlar tərəfindən ümumilikdə 3 115,8 min manat və 415,9 min avro məbləğində vəsait vahid büdcə təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunub. Qeyd olunmuş nöqsanlarla icra edilmiş vəsaitin 66,5%-i mənzil-kommunal təsərrüfatı, 23,1%-i isə sosial siyasətin həyata keçirilməsi sahəsində fəaliyyətin payına düşüb: “Məlumatların təhlili, əsasən, sair xərclərin, malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin digər istiqamətlərə yönəldildiyini, həmçinin, təsərrüfat hesablı gəlirlər hesabına maliyyələşdirilməli xərclərin (mənzil-kommunal təsərrüfatı üzrə) dövlət büdcəsinin vəsaiti hesabına icra edildiyini göstərir. Daha dəqiq desək, təyinatı dəyişdirilməklə icra edilmiş vəsaitin 36,7%-i sair xərclərin, 24,7%-i malların (işlərin və xidmətlərin) satın alınması xərclərinin, 23,1%-i isə təsərrüfat hesablı gəlirlər hesabına maliyyələşdirilməli xərclərin, qalan hissəsi isə ayrı-ayrı istiqamətlərin payına düşür”.
Palata hesabatında göstərir ki, malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin tərkibində daha çox istehlak malları və materiallarının alınması, idarənin saxlanılması və s. xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclərin təyinatı dəyişdirilib: “Audit olunan qurumlar tərəfindən vəsaitin vahid büdcə təsnifatı ilə müəyyən edilmiş funksional təsnifat kodunun dəyişdirilməsi hallarına yol verilib və cəmi 46 036,4 min manat və 10,0 min avro məbləğində vəsait bu nöqsanla icra edilib. Təhlil bu istiqamətdə də nöqsanların əsasən mənzil-kommunal təsərrüfatı fəaliyyəti ilə bağlı olduğunu göstərir və funksional təsnifatı dəyişdirilməklə icra edilmiş vəsaitin 97,5%-i məhz bu sahəni əhatə edir”.
Palata aşkar edib ki, audit olunan qurumlar tərəfindən bağlanılmış müqavilələrin icra müddətinin başa çatmasına baxmayaraq, bank təminatı alınmadan qabaqcadan ödəniş edilərək vəsaitin podratçının istifadəsində qalması, bir sıra tədbirlərin keçirilməsində büdcə vəsaitindən məqsədyönlü və səmərəli istifadə olunmayaraq eyni adlı və eyni növlü avadanlıqların dəfələrlə icarəsinə vəsait xərclənməsi halları baş verib.
Həmçinin, bəzi hallarda təhtəlhesab şəxslərə xəzinədən ödənilmiş vəsaitdən təhtəlhesab şəxs üzrə istifadə olunmayan avans məbləğlərin qalığının uzun müddət şəxsi istifadələrində saxlanıldıqdan sonra xəzinəyə təhvil verilməsi, tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, elektron formada tərtib edilməsi ilə yanaşı böyük həcmdə çap işlərinin həyata keçirilməsi, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində və s. bu kimi nöqsanlara yol verildiyi müəyyən olunub.
Bütün bunlarla yanaşı yeni yaşayış məhəllə və qəsəbələrinin tikintisi üzrə layihənin hazırlanması ərəfəsində mühəndis-axtarış işləri aparılarkən ərazinin düzgün seçilməməsi, ərazi hissələrinin müfəssəl planlarının hazırlanmaması, tikintiyə dair texniki-iqtisadi hesablamalar və texniki-iqtisadi əsaslandırmaların tələb olunan qaydada hazırlanıb ekspertizadan keçirilməməsi, ərazinin geoloji durumunun mürəkkəb olduğunun nəzərə alınmaması səbəbindən əlavə işlərin görülməsi zərurətinin yaranması və nəticədə əlavə vəsait sərfinə yol verilməsi, layihə-smeta sənədlərinin hazırlanmasına vəsait ödənilsə də, tikinti işlərinə başlanılmaması, tikinti normalarına və yolların istismar şərtlərinə riayət edilməməsi halları da aşkar edilib. Qeyd olunan nöqsanlar nəticəsində, ümumilikdə, 23 892,4 min manat, 1 374,0 min ABŞ dolları və 3 734,0 min avro məbləğində vəsait səmərəli istifadə olunmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam