Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“3 milyon Tağı Əhmədovun “tum pulu”dur”

tagi ehmedov mtn akif covdarov azpolitika sayti

 

“Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTN-çilərə 3 milyon manat rüşvət verməsinə deyəsən təəccüblənənlər də var ki, bəs bu qədər pulu kişi “dəmir relslər”dən necə çıxarırmış..”.

 

Xeberinfo.com:  Modern.az saytı xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev məsələni şərh edərkən deyib.
R.Ağayev bildirib ki, əgər istənilən dövlət müəssisəsinin (şirkətinin) əlində yüz milyonluq dövriyyəsi varsa, 3 milyon həmin müəssisənin rəhbərinin “tum pulu”dur:
“2007-2013-cü illər Əhmədovun ən böyük pul dövriyyəsinə sərəncam verdiyi illərdir. Həmin dövrdə dövlət büdcəsindən metro tikintisinə 1.250 milyard manat, subsidiya kimi təxminən 100 milyon manat ayrılıb. Bu orta hesabla ilə 192 milyon manat deməkdir”.
İqtisadçı bildirib ki, məsələ bununla bitmir:
“Metronun özünün də illik gəlirləri var. Hələ Tağı müəllimin dövründə – metroda gediş haqlarının artmadığı vaxtlarda məlumatlı şəxslərdən aldığımız məlumat əsasında belə bir təqribi qiymətləndirmə aparmışdıq ki, metropolitenin gediş haqlarından, ticarət obyektlərindən topladığı haqlardan və reklam haqlarından gəlirləri 60-70 milyondan az deyil.
Yəni, Tağı müəllim 7 il ərzində ən azı 250-260 milyon manata sərəncam verən səlahiyyətli şəxs olub. Dövlət vəsaitləri üzərində effektiv ictimai və rəsmi nəzarətin olmadığı şəraitdə 250 milyondan nə qədər qazanmağın mümkünlüyünü təsəvvür etmək belə çətin”.
Qeyd edək ki, mətbuatda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat alması barədə xəbərlər yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam