Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Onları hələ çox “sürprizlər” gözləyəcək”

Vaqif Dərgahlı: “Erməni tərəfi işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər” gözləyəcək”

 

 

Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertələrinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvəsini, əsgərinin rəşadətini etiraf etməsi həqiqətən düşmənin nə qədər qorxu və vahimə içində olmasını bir daha göstərdi və sübut etdi.
 
Xeberinfo.com:   Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Ermənistanın hərbi-siyasi rəhbərlərliyinin Azərbaycanın gücü barədə fikirlərinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, “Ordumuz həqiqətən bu gün ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham  Əliyevin və dövlətimizin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Silahlı Qüvvələrimiz ən müasir silah-sursat, döyüş texnikası, elmin ən son nailiyyətləri ilə hazırlanmış yüksək dəqiqlikli döyüş sursatları, düşmənlə birbaşa kontaktda olmadan onu uzaq məsafədən məhv etməyə qadir olan digər hərbi vasitələrlə təchiz edilib.
Silahlı Qüvvələrimiz son döyüşlərdə düşmənə qarşı tətbiq etdiyi vasitələr hələ hərbi potensialımızda olanların yalnız cüzi bir hissəsidir. Əgər erməni tərəfi bizə qarşı təxribatları yenə də davam etdirərsə və işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər” gözləyəcəkdir. Ordumuzun silahlanmasında olan döyüş texnikası, silah və sursatlar imkan verir ki, düşmənə qarşı daha dəqiq, dağıdıcı gücə malik vasitələrlə onu sülhə məcbur edərək torpaqlarımızın azad edilməsini təmin edək.
Silahlı Qüvvələrimizin, o cümlədən xalqımızın döyüş ruhu, qələbə əzmi yüksək səviyyədədir və biz düşmənin istənilən təxribatına layiqli cavab verməklə bu haqq işində onu məhv edib torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq!

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam