Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Azərbaycan əsgəri bu gün düşmənə təsirli zərbələr endirir"

Vaqif Dərgahlı hamını mübarizəyə səslədi

 

 

Xeberinfo.com:   Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının APA-ya müsahibəsini təqdim edirik:
 
- Ermənistan tərəfi Azərbaycan ordusunun Talış kəndində mülki şəxsləri öldürdüyü barədə məlumat və bununla əlaqədar olduğu iddia edilən fotolar yayıb. Bu, nə dərəcədə həqiqəti əks etdirir?
 
- Ermənilər həmişə təxribatla məşğul olublar, indi də təxribatlarını davam etdirirlər. Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkələrdə və özlərinə yaxın internet saytlarında yaydığı foto və videolarda əks olunan görüntülərin Azərbaycan Ordusu ilə heç bir bağlılığı yoxdur, bütün bunlar Ermənistan daxilində ordunun itən imicini düzəltmək üçün təbliğatdan başqa bir şey deyil.
 
Erməni tərəfinin belə video və foto yaradıcılığı, animasiya hazırlama təcrübəsi böyükdür. İndiyədək dəfələrlə belə faktlar olub və bunların hamısı bizim tərəfimizdən və Azərbaycan mediası tərəfindən ifşa olunub.
 
Son günlərdə cəbhədə verdiyi böyük itkilərdən Ermənistan demək olar ki, sarsılıb. Erməni ordusu barədə yaradılmış mif alt-üst olub. İtkiləri barədə informasiyaları isə erməni ictimaiyyətindən maksimum şəkildə gizlədilir. Rəsmi olaraq komandanlıq tərəfindən də bəyan edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş yalnız Ermənistan Silahlı Qüvvələrinə, ərazimizə soxulmuş düşmən əsgərlərinə, hərbi mövqelərə və obyektlərə qarşıdır. Biz mülki əhali ilə mübarizə aparmırıq. Ermənilər bu iddiaları dünya ictimaiyyətini, o cümlədən öz xalqını çaşdırmaq məqsədilə irəli sürürlər. Həm də qoşunların təmas xəttinə yaxın ərazilərdə qarşı tərəfin mülki əhalisi yoxdur. Ermənistanın yaydığı bu məlumat sırf dezinformasiyadır.
 
-  Yeri gəlmişkən, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycan ordusunun aprelin 2-də aldığı yüksəkliklərin geri qaytarıldığını bildirib.
 
- Bu da tamamilə yalandır. Azərbaycan Silahlı Qüvvələri işğaldan azad olunmuş ərazilərdə istehkam-mühəndis işləri həyata keçirir, səngərlərin qazılması ilə məşğuldur. Hazırkı məlumata görə, azad olunmuş strateji yüksəkliklərdə möhkəmlənmə işləri aparılır.
 
 
- Ermənistan Silahlı Qüvvələrinin bölmələri o yüksəkliklərin geri qaytarılması üçün hazırda hücumlar təşkil edirmi?
 
- Bu dəqiqə Ağdərə-Tərtər və Füzuli-Xocavənd istiqamətlərində vəziyyət gərgindir və bu istiqamətlərdə döyüşlər gedir. Son məlumata görə isə erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Əks-hücumla Silahlı Qüvvələrimiz düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Ermənilərin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.
 
- Ermənilər sosial şəbəkələrdə bir video yayıblar. Guya yerdəkilər Azərbaycan əsgərlərinin meyitləridir və onların başı üzərində duran erməni əsgərlər deyirlər ki, digər Azərbaycan əsgərlərinin də taleyi belə olacaq. Bu videodan məlumatlısınızmı, bu məsələ araşdırılıbmı?
 
- Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi ancaq dünyanın digər münaqişə bölgələrindən olan foto və videoların paylaşılması ilə, təxribatla məşğuldur. Bu cür foto və videolar quramadır. Bu video da quramadır və bunu qəti surətdə təkzib edirik.
 
- Döyüşlərdə şəhid olmuş əsgərlərimizin hamısının nəşi hazırda Azərbaycan tərəfdədirmi?
 
 - Azərbaycan əsgəri bu gün düşmənə təsirli zərbələr endirir. Müdafiə Nazirliyi olaraq hər bir itkimiz barədə ictimaiyyətə informasiyalar veririk. Şəhidlərimizin dəfni mətbuatın, ictimaiyyət nümayəndələrinin, demək olar bütün xalqımızın iştirakı ilə keçirilir. İndiyə olan məlumata görə, 15 şəhidimiz var və bu barədə rəsmi olaraq məlumat vermişik.
 
- Sosial şəbəkələrdə erməni təxribatlarına qarşı mübarizə necə aparılır və bundan sonra necə aparılmalıdır?
 
- Sosial şəbəkələrdə Azərbaycan vətəndaşları fəal olmalı, rəsmi məlumatlara istinad edilməli, dezinformasiyalara rast gəldikdə, dərhal əks-reaksiya verməli, paylaşılan məlumatlara şərhlər vasitəsilə cavab verməli və  bu informasiya savaşı cəbhəsində aktiv mübarizə aparmalıdırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam