Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

GENERALIN AİLƏSİ ƏFV ÜÇÜN MÜRACİƏT ETDİ

zakir nesirov

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan polis general mayoru Zakir Nəsirovun həyat yoldaşı Antonina Nəsirova ölkə prezidenti və Prezident yanında Əfv komissiyasına müraciət edib.
Xeberinfo.com:  Ailəsindən daxil olan müraciətdə A. Nəsirova bildirir ki, həyat yoldaşı sıravi polis nəfərindən polis general mayoru rütbəsinədək yüksəlib, Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib. 2005-ci ilin iyul ayında Zakir Nəsirovun MTN əməkdaşları tərəfindən həbs edildiyini bildirən A. Nəsirova məhkəmənin hökmü ilə ona ömürlük azadlıqdan məhrum etmə cəzası verildiyini qeyd edib. “Həyat yoldaşım MTN-nin sabiq olan rəhbəri Eldar Mahmudovun və əməkdaşlarının cinayətkar Hacı Məmmədovla sövdələşməsinin və intriqalarının qurbanı olmuşdur” yazan Nəsirova qeyd edib ki, həyat yoldaşına dəfələrlə təklif olunurdu ki, azadlığa çıxmaq istəyirsə Hacı Məmmədovun törətdiyi cinayətlərdə DİN rəhbərliyinin iştirak etməsi barədə ifadə versin.

Z. Nəsirova qarşı irəli sürülən ittihamların heç birinin sübuta yetirilmədiyini bildirən həyat yoldaşı buna baxmayaraq ona etmədiyi cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına verildiyini xatırladıb.
A. Nəsirova yazır: “Bizim ailəmiz 11-ci ildir ki, səbirsizliklə Zakir Nəsirov barəsində çıxarılmış qanunsuz məhkəmə qərarlarının ləğv olunacağını, onun bəraət alacağını gözləyir. Zakir Nəsirov artıq 11-ci ildir ki, etmədiyi cinayətlərə görə həbsdədir. Onun yaşı 70-ə yaxınlaşır, səhhətində problemlər var. Sizə onun üçün müraciət edirik ki, bildiyimizə görə Novruz bayramı ərəfəsində Sizin tərəfinizdən növbəti əfv Fərmanı veriləcəyi gözlənilir. Ümidvarıq ki, Zakir Nəsirov da əfv ediləcək azadlığa, ailəsinə qovuşacaq”. (Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam