Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Laçın”dan yazmaq qadağandır: “Özəl mülkiyyətimdir, özüm bilərəm...” - FOTOLAR

“Laçın”dan yazmaq qadağandır: “Özəl mülkiyyətimdir, özüm bilərəm...” - FOTOLAR

 

 

Son aylar paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində icarə haqlarının həddindən artıq baha olması satıcıların etirazına səbəb olub.
Xeberinfo.com:  Hətta bu problemlə bağlı satıcılar bir neçə dəfə etiraz aksiyası da keçiriblər. Xatırlayırsınızsa, son olaraq “28 may” metro ticarət mərkəzində satıcılar icarə haqlarının baha olması ilə əlaqədar etiraz aksiyası keçirmişdilər. Bu narazılıqdan sonra rəhbərlik tərəfindən icarə haqlarına endirim edildi. 
Bu vəziyyətdən sonra paytaxt ərazisində bir neçə mağaza sahibi iqtisadi durumu nəzərə alaraq icarə haqlarında güzəştlər və endirimlər etdi. Misal üçün bəzi sahibkarlar şəhərin mərkəzində icarə qiyməti 2500-3000 manata olan obyektləri 1500-2000 manata kimi aşağı saldı.
Bəs görəsən, şəhərin mərkəzindən bir qədər kənarda olan ticarət mərkəzlərində icarə haqları neçəyədir? Ticarət mərkəzlərinin rəhbərləri satıcılara hansı güzəştləri edirlər?
Musavat.com-un müxbiri müştərilərin bol olduğu, əsasən də əhalinin orta və kasıb təbəqənin müraciət etdiyi Laçın ticarət mərkəzində olub, icarə haqları ilə maraqlanıb və narazı satıcıları dinləyib.
Əvvəlcə onu qeyd edək ki, bazarda satıcılar rəhbərlikdən çəkindiyi üçün icarə haqları barədə mənfi fikir söyləməkdən, jurnalistlərlə üz-üzə gəlməkdən belə  qorxurlar. Bu səbəbdən də, onlarla müştəri qismində söhbət edirik. 
Satıcıların dediyinə görə, ticarət mərkəzinin birinci mərtəbəsində qiymətlər fantastik həddədir. Onların dediyinə görə, 1 kvadratmetr 500 manatdır. Orta hesabla isə mağazalar 4-5 kvadratmetr olur. Bu ərazidə bir obyektin aylıq icarə haqqı 2000-2500 manata başa gəlir.
Adının çəkilməsini istəməyən satıcı icarə haqlarının həddindən artıq baha olduğunu dedi: “Aşağı mərtəbələrdə insanların sıx olduğu yerlərdə icarə haqları 1800-2500 arasındadır. Mən işlədiyim yerə 2000 manat pul verirəm. Son aylar müştəri qıtlığı olsa belə, icarə haqlarında dəyişiklik olmayıb. Elə ay olur ki, icarə haqqını ödəyə bilmirəm. Bu zaman məcburam ki, mayadan xərcləyəm. İcarə haqqının 1 gün vaxtından keçsə, rəhbərlik məni çölə atar”.
Digər bir satıcı isə bazar rəhbərliyinin qoyduğu qaydaya məcbur əməl etməli olduğunu dedi: “Aylıq 1800 manat icarə haqqı ödəyirəm. İlkin olaraq mağazaya şəffaf şüşə qapılar qoydurmaq üçün rəhbərliyə icarə haqqından əlavə 1000 manat pul verməlisən. Obyekt götürürsənsə, gərək bu işləri görəsən. Əks halda deyilənə görə, şüşələr qoyulmazsa, ticarət mərkəzinin görkəmi pozulur. Bu qaydalara əməl olunmazsa, obyekti götürmək mümkün deyil. Bu ödəmə razılaşma yolu ilə də olur. Hər ayın qazancından hissə-hissə də vermək olur. Hansı formada olsa belə, fərq etməz, hamısı satıcının boynuna yazılır”.
Satıcılar bir neçə aydır ki, alıcılığın sıfır həddində olduğunu dedilər: “Bahalaşmadan sonra alıcılıq da azaldı. Laçın ticarət mərkəzində insan əlindən hərəkət etmək olmazdı. İndi gördüyünüz kimi seyrəklikdir. Qazandığımızı xərcləməyə həsrət qalmışıq. Bu ayın icarə haqqını verənə kimi növbəti ay çatır. İcarə haqqını verdikdən sonra gündəlik çörəkpulumuz qalır. 20-30 min manatlıq malımız olmasına baxmayaraq, gündəlik çörəkpuluna işləyirik. Gün ərzində 3-4 müştəri olanda sevinirik. Bu səbəbdən özümüz reklamımızı təşkil edib, daha çox işləmək məcburiyyətindəyik. “Vizitkalar” paylayırıq, saytlarda reklam verməklə tanınmaq istəyirik. İcarə haqlarına gəlincə, çox bahadır. Laçın ticarət mərkəzinin yanındakı bazarda icarə haqları ucuzdur. Satıcılar 400-500 manat icarə haqqı ödəyir. Bizdə isə minimum 1000 manatdan başlayır. Rəhbərlik bütün bunları nəzərə almalıdır ki, biz də nəsə iş görə bilək”.
Ticarət mərkəzində çəkiliş etmək istəsək də, satıcılar imkan vermədi. “Rəhbərlik icazə vermir” dedilər. Məsələ ilə bağlı ticarət mərkəzinin ikinci mərtəbəsində oturan rəhbər şəxslə görüşdük, icarə haqları və ticarət mərkəzində çəkiliş aparmaqla bağlı qoyulan qadağa haqqında məlumat almaq istədik. 
Özünü rəhbər adlandırılan şəxs, “sizin ixtiyarınız yoxdur, mənim mərkəzimdən xəbər yazasınız” - deyə etiraz etdi. “İnformasiya almaq bizim peşəmiz, informasiya vermək sizin borcunuzdur” desək də, özünü təqdim etməyən şəxs kobud şəkildə  bizi kənarlaşdırdı: “İcazə vermirəm. Öz mülkiyyətimdir, özüm bilərəm...”




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam