Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Sabunçu sakinlərindən etiraz: “Yollarımız düzəldilsin” - VİDEO + FOTOLAR

 

 

 

 

 

Sabunçu qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Qəsəbənin Musabəyov küçəsinin bir qrup sakini yol problemi ilə bağlı narazılıqlarını ictimailəşdirmək məqsədilə etiraza qalxıb. 
Xeberinfo.com:  Sakinlərin musavat.com-a verdiyi məlumata görə, qəsəbənin əsas magistral yolunda asfalt örtüyü yarasız hala düşdüyündən marşrut problemi ilə üzləşiblər. 49 nömrəli avtobus yollar bərbad vəziyyətdə olduğu üçün qəsəbənin mərkəzi küçələrinə getmir. Sürücülər avtobusu qəsəbənin girişindəki dayanacaqlarda saxlayırlar. Bu səbəbdən də, marşrutdan istifadə etmək üçün qəsəbə sakinləri kilometrlərlə yolu piyada getməli olurlar. 
Musabəyov küçəsinin sakinləri bu barədə dəfələrlə aidiyyatı icra orqanlarına müraciət etsələr də, heç bir nəticə vermədiyini dedilər: “Musabəyov küçəsi qəsəbənin əsas magistral yolu sayılır. Lakin yol qəzalı vəziyyətdə olduğu üçün nəqliyyatın və sərnişinlərin hərəkətinə mane olur. Marşrutlar qəsəbənin içərisinə gəlmirlər. Yaşlılar və cavanlar 5-6 kilometrlik yolu piyada getməli oluruq”.
 
Hadisə yerinə gələn İcra Hakimiyyətinin Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Məhərrəm Mehrəliyev sakinləri sakitləşdirməyə çalışdı. 
O, bildirdi ki, Musabəyov küçəsindəki yol barəsində Nəqliyyat Nazirliyinə və “Azəryolservis” ASC-yə məktub yazılıb: “Qəsəbənin ara yolları isə İcra Hakimiyyəti tərəfindən bərpa edilir. Ötən il Bakı şəhərində və ətraf qəsəbələrdə 50-yə yaxın bu kimi magistral yollarda təmir-bərpa işləri aparılıb. “Azəryolservis” ASC-nin balansında olan küçələr və yollar növbəli şəkildə təmir olunur. Etiraf edim ki, müəyyən küçələr var ki, onlar təmin olunmayıb, hər hansı bir qazıntı zamanı sıradan çıxıb. Təbii ki, fiziki və maddi cəhətdən onların hamısını birdən təmir etmək mümkün deyil. Çalışırıq ki, zaman-zaman təmirə ehtiyac olan yolları bərpa edək”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 
 













Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam