Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nardaranda meyitlər sahiblərinə verildi

 

Noyabrın 26-da Nardaran hadisələrində ölənlərin meyitləri gecə saatlarında ailələrinə təhvil verilib

Xeberinfo.com:   Məlumata görə, bu haqda "Turan İA"-a Maştağa sakinləri bildiriblər.

Dekabrın 1-də Nardaranda dəfn gözlənilir. Bu səbəbdən kəndin giriş-çıxışında patrul qüvvəsi artırılıb. Mənbə qeyd edib ki, bununla yanaşı bu gecədən Maştağa qəsəbəsinə maşınla giriş qadağan edilib. 

 

                                                        ***

 

Nardaranda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbəyə gətirilib. 

Məlumata görə, Nardaran qeydiyyatında olan üç nəfərin meyiti hazırda qəsəbədədir. Onların yaxın saatlarda dəfn ediləcəyi bildirilir.
Xatırladaq ki, hüquq-mühafizə orqanları hazırda Nardaranda xüsusi əməliyyat keçirir.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaranda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Ölənlərdən üçü Nardaran sakinidir.
2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam