Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Anar Məmmədov Azərbaycandan getdi

ziya-anarAnar Məmmədov ailəsilə birgə İngiltərəyə köçüb

Xeberinfo.com:   Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Anar Məmmədov Ingiltərəyə köçüb. Bildililir ki, bir müddəəvvəl nazir oğlunun ailəsi Ingiltərəyə yerləşib.

Daha sonra Anar Məmmədov Azərbaycandan gedib. Məlumata görə, bu köç müvəqqəti xarakter daşımır. Yəni, Anar Məmmədovun Azərbaycana qaytımaq niyyəti yoxdur. Bildirilir ki, Anar Məmmədov “Qarant Holdinq”in rəhbərliyindən istefa verib. Hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.

Anar Məmmədovun ölkədən getməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Lakin ehtimal etmək olar ki, bu, Ziya Məmmədovun ulduzunun sönməsilə bağlıdır. Qeyd edək ki, nəqliyyat naziri artıq əvvəlki nüfuza və gücə malik deyil. Indi Ziya Məmmədovun Nəqliyyat Nazirliyinə rəhbərliyi formal xarakter daşıyır. Çünki nazirliyin bir çox səlahiyyətləri əlindən alınıb.

Ziya Məmmədovun biznes imperiyası da süquta uğramaq üzrədir. Nazirə məxsus ən böyük biznes strukturlarından biri olan “Qarant Holdinq”də maliyyə böhranı hökm sürür. Aylardır ki, işçilərin əmək haqqı verilmir. “Azadlıq” bir neçə gün əvvəl bu barədəməlumat yaymışdı. Həmin məlumatdan sonra “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayıldı.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam