Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Dəmir yolunda qiymətləri dövlət tənzimləməyəcək

cavid_qurbanov_teyinat2

Nazirlər Kabinetinin respublika ərazisində dəmir yolunda yük və sərnişin daşıma ilə bağlı qiymətlərin dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısından çıxarması ilə bağlı verdiyi qərar dəmir yolu tariflərində qiymətlərin qalxacağı kimi başa düşülməməlidir”.

Xeberinfo.com:   Bu barədə ANS PRESS-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC)mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bundan sonra qiymətlər Tarif Şurası tərəfindən yox, QSC tərəfindən müəyyən ediləcək:“Bizim idarə tərəfindən daşınma qiymətləri qaldırıla da bilər, ucuzlaşdırıla da. Biz sənədlə birinci gün tanış olacağıq və müvafiq qurumlarla bu mövzunu müzakirə edəcəyik. Yalnız bundan sonra ətaflı məlumat vermək olar. Ancaq onu deyə bilərəm ki, qiyməti tənzimləmə səlahiyyətinin bizim quruma verilməsi qurum tərəfindən süni qiymət artımına səbəb olmayacaq”.


Nadir Əzməmmədov- Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi

Nadir Əzməmmədov deyir ki, hazırki dövrdə qurumlar tərəfindən qiymətlərin stabil qalması üçün işlər aparılır:“Qiymət dəyişməsini zaman müəyyənləşdirir. Qiymət müəyyənləşdirmə bir az uzun prosesdir. Pambıq daşınması üçün qiymətlər ayrı, taxıl daşınması üçün ayrı, dəmir daşınması üçün başqadır. Ona görə də bunları ayrı-ayrı dəyərləndirmək lazımdır.
Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. Dəyişiklik respublika ərazisində dəmir yolunda yük və sərnişin daşıma ilə bağlıdır. Qurum, respublika ərazisində dəmir yolunda yük və sərnişin daşıma ilə bağlı qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam