Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Neft böhranı BP-ni də kasıblaşdırıb: 91% geriləmə və 7 min işçi ixtisarı

 

İngilis enerji şirkəti BP-nin qazancı ötən ilin dördüncü rübündə 2014-ci ilin eyni dövrünə nisbətən 91% geriləyib: 2,2 milyard dollardan 196 milyon dollara.

Xeberinfo.com:  Məlumata görə, bu göstərici şirkətin son 30 illik tarixində ən aşağı səviyyədir. Neftin qiymətinin enməsiylə xeyli kasıblaşan BP növbəti 2 il ərzində 7 min işçisini ixtisara salmağa hazırlaşır.

BP-nin açıqlamasına  görə, şirkətin bir illik itkisi də xeyli çoxdur. Şirkət ötən il cəmi 5.9 milyard dollar qazanc əldə edib. Bu isə 2014-cü ilin 12.1 milyard dollarlıq qazancıyla müqayisədə 51% geriləmə deməkdir.

Şirkət ilin yekunlarına dair hesabatını açıqladıqdan dərhal sonra onun səhmləri London birjasında 7.2 % dəyərini itirib.

Son illərin ən mənfi maliyyə durumunu açıqlayan BP vəziyyətdən çıxmaq üçün növbəti iki ildə daha 3 min işçisini ixtisara salacağını gizlətməyib. Daha əvvəl 4 min adamı işdən çıxarılacağını açıqlayan şirkətin “qara dəftərinə” düşənlərin sayı, beləcə, 7 minə yüksəlib.

BP-nin yüksək səlahiyyət sahiblərindən olan BOB Dudley sözügedən qərarı şərh edərkən deyib:

"Dəyişilən fəaliyyət mühitinə adaptasiya olmağa, bazarın tələblərini qiymətləndirib vəziyyətimizi şəraitə uyğunlaşdırmağa çalışırıq. Xərclərimizi  azaltmaq məsələsində irəliləyişlər var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam