Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda beynəlxalq qurum təsis olunur

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) arasında Təmiz Enerji Mərkəzinin təsis edilməsinə dair Ev Sahibi Ölkə sazişi müzakirə olunub.

Yenixeberorg.com xəbər verir ki, sənəd İƏT-in Təmiz Enerji Mərkəzinin Azərbaycanda, konkret olaraq Bakıda fəaliyyət göstərməsini və onun hüquqi statusunu müəyyənləşdirir.

Layihəyə əsasən, mərkəz beynəlxalq hüquqi şəxs statusuna malik olacaq və onun fəaliyyəti Azərbaycanın milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənəcək. Mərkəzə müqavilələr bağlamaq, əmlak əldə etmək, məhkəmələrdə iştirak etmək kimi hüquqlar verilir və bütün hüquqi proseslərdə İcraçı direktor tərəfindən təmsil olunacaq.

Sazişdə mərkəzin yerləşəcəyi bina və onun fəaliyyəti ilə bağlı təminatlar da əksini tapıb. Belə ki, mərkəzin qərargahı Bakıda yerləşəcək, bina ilə bağlı xərclər və saxlanma məsələləri müəyyən qaydalar əsasında tənzimlənəcək. Eyni zamanda, mərkəzin binaları, arxivləri və sənədləri toxunulmaz hesab olunur.

Sənədə əsasən, mərkəzin əmlakı və aktivləri məhkəmə müdaxiləsindən, müsadirədən və digər məhdudiyyətlərdən qorunur. Bununla yanaşı, mərkəzə maliyyə nəzarəti sahəsində müəyyən azadolmalar verilir, o cümlədən vəsaitlərini sərbəst şəkildə idarə etmək, müxtəlif valyutalarda əməliyyatlar aparmaq hüququ tanınır.

Vergi və gömrük sahəsində də bir sıra güzəştlər nəzərdə tutulur. Mərkəzin fəaliyyəti ilə bağlı idxal və ixrac edilən mallar müəyyən hallarda vergilərdən və rüsumlardan azad edilir, həmçinin onun gəlirləri və aktivləri üzrə vergi öhdəlikləri məhdudlaşdırılır.

Sazişdə kommunikasiya imkanları, rəsmi yazışmaların aparılması, diplomatik kanallardan istifadə, eləcə də mərkəzin rəhbərliyi və heyət üzvləri üçün nəzərdə tutulan imtiyaz və immunitetlər də ətraflı şəkildə göstərilib. İcraçı direktor və digər heyət üzvləri xidməti fəaliyyətləri ilə bağlı müəyyən hüquqi toxunulmazlıq və vergi güzəştlərindən yararlanacaqlar.

Qeyd olunub ki, bu saziş Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında rolunu gücləndirməklə yanaşı, regionda təmiz enerji təşəbbüslərinin inkişafına və koordinasiyasına mühüm töhfə verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam