Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məhəmməd Rza Aref Tehranın şərtlərini açıqlayıb...

 

Əgər Vaşinqton "Öncə İsrail" prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək.

Yenixeberorg.com xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əgər biz İslamabadda "Öncə Amerika" ("America first", Donald Tramp komandasının siyasi şüarı - red.) nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və dünya üçün sərfəli olan razılıq əldə edə biləcəyik. Lakin biz "Öncə İsrail" tezisi ilə qarşılaşsaq, sövdələşmə olmayacaq; biz qaçılmaz olaraq müdafiəmizi əvvəlkindən daha qətiyyətlə davam etdirəcəyik və dünya böyük itkilərlə üzləşəcək", - M.Aref qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

ABŞ və İran arasında İslamabadda danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.

Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlıdır.

Əlavə olaraq Tehran dondurulmuş aktivlərin açılması və münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.

İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir, Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını mümkün hesab edir və danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam