Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

 

ABŞ digər ölkələrdən Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımalarını tələb edir.

Yenixeberorg.com xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu mühüm su yolunun təhlükəsizliyinin təmin edilməsi təkcə ABŞ HQD-nin vəzifəsi deyil. "Məsələn, Böyük Britaniya güclü donanmaya malikdir və bu prosesdə iştirak edə bilər", - o qeyd edib.

Heqset vurğulayıb ki, əldə edilmiş razılaşmalar sayəsində indi Hörmüz boğazından daha çox gəmi keçir.

"Prezident (ABŞ Prezidenti Donald Tramp) İrana açıq şəkildə bildirib ki, boğaz ticarət üçün açıq qalmalıdır, əks halda bizim alternativ fəaliyyət variantlarımız var – onlar həqiqətən mövcuddur", - o deyib.

Pentaqon rəhbəri əlavə edib ki, dünya ictimaiyyəti vəziyyətə daha çox diqqət yetirməli və qətiyyətli addımlara hazır olmalıdır.

"Söhbət ABŞ-nin bir çox digər ölkələrdən daha az istifadə etdiyi beynəlxalq boğazdan gedir. Buna görə də dünya ictimaiyyəti buna diqqət yetirməli və hərəkət etməyə hazır olmalıdır. Prezident Tramp azad dünyanın təhlükəsizliyi naminə əsas yükü öz üzərinə götürməyə hazırdır, lakin bu, təkcə bizim problemimiz deyil", - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam