Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ƏDV ləğv olunsun”

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin plenar iclasında mətbuat işçilərini  narahat edən problemlərdən danışıb. 
Xeberinfo.com:  O, əvvəlcə “Diffamasiya haqqında” Qanunun qəbulunu zəruri saydı: “Məsələ prinsipial olaraq belədir ki, jurnalist yazdığı yazıya görə həbs edilməməlidir. Narahatlıq başadüşüləndir, mediada ən müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq, ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmayıb. Azərbaycan Mətbuat Şurası da bunu əsas tutaraq, konkret təkliflər hazırlayıb, ATƏT-in Bakı Ofisi ekspertizasından keçib”. 
Ə.Amaşov dedi ki, ilkin variant kimi Mətbuat Şurasının Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər.
Mətbuat Şurasının sədri devalvasiya nəticəsində mətbuatın üzləşdiyi problemlərdən də bəhs edib və ölkəyə gətirilən qəzet kağızına, həmçinin hazır çap məhsullarına tətbiq ediən ƏDV-nin ləğv olunmasını təklif edib: “Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq, mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam