Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Məhkəməsindən Azərbaycanla bağlı açıqlama

2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 30 qərar qəbul edib.

Xeberinfo.com:   Məlumata görə, bu barədə AİHM-ın “2015-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 268 ərizə təqdim olunub. Onların 123-ü qəbul olunmayıb, 30-u üzrə isə qərar çıxarılıb.

2014-cü illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ildə AİHM-ə Azərbaycan üzrə 403 ərizə təqdim olunmuşdu, onların 245-i qəbul olunmamış, 11-i üzrə isə qərar çıxarılmışdı.

2015-ci ildə 106 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 31 dekabr 2015-ci il tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1522 ərizə daxil olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam