Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

BTRİB-in rəis müavini “MTN işi” üzrə yoxlanılır

 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) “MTN işi” ilə bağlı yoxlamalar davam edir.

"Xeberinfo.com":   Musavat.com-a daxil olan məlumata görə, artıq BTRİB-in baş direktor müaviniƏhməd Mehdiyevin də fəaliyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılır.

Əldə etdiyimiz məlumata görə, Ə.Mehdiyevlə qurumun texniki direktorunun müavini Qalib Xəlilovun (onlar həm də yeznə-qayındılar-red.) qısa müddət ərzində böyük sərvətə sahib olması, hər iki məmuru diqqət mərkəzinə gətirib.

Belə ki, məlumatlara görə, Ə.Mehdiyev qayını Qalib Xəlilovun əli ilə qeyri-qanuni tikintilər aparıblar. Məsələ ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Qeyd edək ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra, onun qohumu BTRİB-in rəhbəri Beytulla Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Daha sonra isə o, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən azad olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam