Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Odundağ”  ordumuzun nəzarətinə keçdi

 



Azərbaycan Müdafiə Nazirliyi “Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib.

Xeberinfo.com:   Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərə görə , bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

*   *   *18:39

Azərbaycan Silahlı Qüvvələri “Odundağ” adı verilən yüksəklikyin sol tərəfində torpaq işləri görürlər.

 Bu barədə erməni KİV-ləri qonşuluqdakı sərhəd Noyemberyan rayonunun sakinlərinə istinadən məlumat yayıblar.

Məlumata görə, həmin yüksəklik strateji əhəmiyyət daşıyır və Azərbaycan əsgərləri orada atəş nöqtəsi qurublar.

Məlumatda o da bildirilir ki, oradan bütün Baqanis kəndi (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd) və ətraf ərazilər aydın görünür.

Erməni jurnalistlər həmin yüksəkliyin fotolarını da çəkiblər. Onları da təqdim edirik.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam