Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Vətəndaşa “get öl” deyən icra başçısı vəzifədən gedir: ÖZƏL

 

Yaxın günlərdə Mahmud Quliyevin fərmanının veriləcəyi gözlənilir

 

Xeberinfo.com:  Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyevin vətəndaşı təhqir etməsi nəticəsiz qalmayacaq. Yaxın günlərdə o görəvindən ayrılmalı olacaq. Bu məlumat xeberinfo.com-a siyasi hakimiyyətdəki mənbələrdən daxil olub: “Bilirsiniz ki, cənab prezident üçün məmurların və məmur övladlarının cəmiyyətdəki davranışı həssas məsələdir. Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, bütün məmurlar və doğmaları vətəndaşlara qarşı diqqətli olmalı, nümunəvi davranmalıdırlar.

Təəssüf ki, hələ də bu xəbərdarlıqdan nəticə çıxarmayan vəzifəli şəxslər var. Heç kimə, heç bir vəzifə sahibinə vətəndaşı təhqir etmək səlahiyyəti verilməyib. Sonuncu, Cəbrayılın icra başçısı isə lap “gül vurdu”. Sən kim olursan ki, vətəndaşa “get öl”, “köpəkoğlu” və s. deyəsən. Bu cür özbaşınalıq nəticəsiz qala bilməz. Artıq Mahmud Quliyevlə də bağlı qərar qəbul olunub”. 

 Mənbəmiz onu da əlavə etdi ki, Mahmud Quliyev müəyyən kanallarla “sudan quru çıxmağ”a çalışır... Amma faydası olmayacaq. Məlum fərmanın yubanması isə bir qədər subyektiv səbəblərlə, bir qədər də son hadisələrlə bağlıdır. Növbəti həftə Mahmud Quliyevlə bağlı qərar rəsmiləşəcək.

 Şahverdi     

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam