Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Qohumuna “köpəkoğlu” deyirsə, özü nə olur?”

99
Son günün ən çox müzakirə edilən mövzularından biri də, Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin vətəndaşa “köpəkoğlu” deməsi ətrafında yaranmış qalmaqaldır. 
Xeberinfo.com:  İcra başçısı bu məsələyə aydınlıq gətirərək deyib ki, söydüyü vətəndaş öz qohumudur.
Bu məsələyə millət vəkili Zahid Oruc Ölkə.Az-a verdiyi açıqlamasında münasibət bildirib:
“Baş verən aksiyalarda istər hansısa partiyanın nümayəndələri, istərsə də bir zamanlar icra başçısı tərəfindən vəzifədən çıxarılan şəxslər yaranan şəraitdən, sosial durumdan faydalanıb revanş götürmək istəyirsə, sənə qarşı qisasçılıq belə varsa, yenə də, ünsiyyət “köpəkoğlu” şəklində ola bilməz. Orta əsrin feodal yanaşması deyil ki, sən qarşındakı şəxsi təhqir edirsən. Baş verənlərdən sonra insanlarımızın səsi məmurlara çatdı, hökumət bu məsələni dəyərləndirdi, qarşıdakı dönəmdə də bundan nəticə çıxaracaq. Baş verən aksiyalarda siyasi məsələlər yox, sosial-iqtisadi məsələlər qaldırılmışdı.
Ona görə də, məmurlar oraya yığışan insanları iclas zallarına yığıb onlarla görüşməli, danışmalı idilər. Qohumumdur deyib, təhqir edib, hələ bununla da ölkə ictimaiyyətinə demək ki, “burada hansı qəbahət var?”… Bilirsiniz, adam fərqində deyil ki, öz qohumuna “köpəkoğlu” deyirsə, bəs özü nə olur?”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam