Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bir daha AZAL prezidentinin ailə şirkəti haqda...

78854

Kosmetik vasitələr Azərbaycanda məcburi sertifikatlaşdırma tələb olunan məhsullardandır. Bu, Nazirlər Kabinetinin 29 may 2015-ci il 208 nömrəli qərarı ilə nəzərdə tutulub və 1993-cü ildə 343 nömrəli qərarla təsdiqlənmiş 90 adda məhsulun siyahısına artırma ilə qeyd olunub. Bəs bu sertifikatlaşdırmanı kim həyata keçirir? 
Xeberinfo.com:   Azərbaycanda kosmetik vasitələrin sertifikatlaşdırılmasını həyata keçirən tək qurum olan Ekotest MMC-dir. 2011-ci ildən Milli Akkreditasiya Sistemində qeydiyyatdan keçən qurumun bu fəaliyyətində heç bir qüsur olmazdı. Əgər… Qurum ilə ölkənin yeganə kosmetika istehsalçısı Gazelli eyni şəxsə – Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus olmasa idi. Sertifikatlaşdırma üçün götürülən analizlər də elə Gazelli-nin Şüvəlanda yerləşən laboratoriyasında aparılır. Təsəvvür edirsinizmi, ölkənin ilk kosmetika brendinə rəqib olaraq bazara girmək istəyən hər hansı istehsalatçı Gazelli-nin “xeyir-dua”sını almalı olur? Ən absurd olan cəhət isə sertifikatlaşdırma qurumuna yoxlayacağı müəssisənin istehsal prosesinə və məkanına nəzarət etməsi ilə başlayır. Təsəvvür edin ki, siz rəqabətə başladığınız istehsalçının müəssisənizə girib, bütün istehsal sirlərinizi öyrənməsinə məcbursunuz.
1413460448_img1656345Cahangir Əsgərovun özü hava nəqliyyatında böyük monopoliya yaradıb, baxmayaraq ki, “Azərbaycan Hava Yolları” QSC dövlət müəssisəsidir, xanımı isə kosmetika sahəsinə tam nəzarətə götürərək istədiyi şərti diktə edir. Təkcə bir ailənin nəzarətindəki monopoliya ölkəyə, vətəndaşlara nə qədər ziyan vurur. İndi bu cür monopolist məmur ailələrinin sayı onlarla olanda vəziyyətin necə fəlakətli olduğunu təsəvvür etmək adamı heyrətə salır. Məhz bu cür qüsurlu iqtisadi sistemin (əslində sistemsizliyin) tətbiqinə görə Azərbaycan bu cür çıxılmaz durumla üzləşib… (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam