Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

13 saylı cəzaçəkmə məntəqəsi “insan nəfəsi ilə isinir”

 

Beynəlxalq təşkilatların həbsini siyasi saydığı bir neçə məhbusun cəza çəkdiyi 13 saylı çəzaçəkmə müəssisəsində istilik sistemi ilə bağlı “problemlər hələ də yaşanır”.
Xeberinfo.com:   BBC Azərbaycancaya danışan bir neçə məhbusun yaxınları müəssisəyə tez- tez isti geyim apardıqlarını deyiblər.
“Azərişıq” ASC və “Azəriqaz” QSC cəzaçəkmə müəssisəsinə işıq və qazın verilişində “prolem və ya məhdudiyyətlərin olmadığını” iddia edir.
Penitensiar Xidmət isə, işıq və qazla bağlı problemlərin mövcudluğunu təkzib edib.

“Soyuq” məhbəs divarları

13 saylı cəzaçəkmə müəssisəsində hazırda sabiq səhiyyə naziri Əli İnsanov və beynəlxalq təşkilatların siyasi məhbus saydığı Tofiq Yaqublu, Anar Məmmədli, İlkin Rüstəmzadə, Fərəc Kərimli, Əbdül Əzimov və Pərviz Həşimli həbsdədir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin atası Asəf Məmmədov otaqların insan nəfəsi ilə isindiyini deyir. O deyir ki, oğlu ondan tez-tez həbsxanaya qalın, isti paltar göndərməyi xahiş edir.

“Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin atası Bəkir Rüstəmzadə müəssisənin istiliyi ilə bağlı problemlərin “hərdən təkrar” olunmasını inkar etmədiyini deyir. Ata bu halı həbsxananın təchizat qurğularının köhnə olması ilə əlaqələndirir.

“Orda işıqlarda bir az problem var. Otaqlar çox da istidir, demək olmaz. Axşam yatanda isti paltar geyinib yatır”, deyən cənab Rüstəmzadə dəyişmək üçün oğluna hər 15 gündən bir isti paltar apardığını da bildirir.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov cəzaçəkmə müəssisəsində işıq və qazla bağlı “problemin olmadığını” iddia edərək, deyilənləri təkzib edir.

O, məhbusların saxlanıldıqları binaların “istilik sistemi ilə təmin olunduğunu və hətta işıq kəsildiyi halda 30 saniyə ərzində həbsxanadakı generatorların avtomatik işə düşdüyünü” deyir.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun sözlərinə görə isə, cəzaçəkmə müəssisəsində işıq tet-tez sönür, generatorlardan isə qənaətlə istifadə olunduğundan işıq zəif olur.

“Həbsxanadakı qurğular hamısı sovetlərdən qaldığına görə zəif külək əsən kimi orda naqillər qırılır və işıq kəsilir”, – deyən Nigar Yaqublu bu problemlərin xüsusən soyuq aylarda təkrar olunduğunu vurğulayır.

Qazın “əzəli gündən zəif” olduğunu deyən Nigar Yaqublu həbsxanadakı barakların “bumbuz” olduğunu, onların “insan nəfəsinə qızındığını” söyləyir.

“Həbsxanada barakların içindən keçən yoğun borular olur. Mərkəzdən istilik sisteminə bağlıdır. Qaz da az olduğundan həmin borular demək olar ki, işləmir”
Nigar Yaqublu yeni kampaniyaya başladığını da deyib. O, sosial şəbəkə vasitəsilə hər kəsi 13 sayli cəzaçəkmə müəssissədəki soyuq şəraitlə bağlı məhbuslara qara rəngli köhnə isti paltar verməyə səsləyib.

“Problem yoxdur”

Azərişıq ASC nin mətbuat katibi Tanrıverdi Mustafayev 13 saylı cəzaçəkmə müəssisəsinə elektrikin verilişində “problem yaşanmadığını” deyir.
“Cəzaçəkmə müəssisəsinin daxilində, naqillərdə problem var idi. Bizim əməkdaşlar getdilər kömək etdilər və elektrik enerjisinin verilişi bərpa olundu”, qurum rəsmisi həbsxananın elektrik verilişinə olan tələbatının tam ödənildiyini vurğulayır.
Azəriqaz isə iddia iddia edir ki, cəzaçəkmə müəssisəsinin mətbəxinə və qazanxanasına qazın verilişi tələbata uyğundur və mavi yanacağın verilişi ilə bağlı hər hansı “məhdudiyyət və ya problem yoxdur”.
13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Tofiq Yaqublu, Anar Məmmədli, İlkin Rüstəmzadə, Fərəc Kərimli, Əbdül Əzimov və Pərviz Həşimli bir sıra yerli və xarici təşkilatlar tərəfindən “siyasi” və “vicdan” məhbusu kimi tanınıb.
Azərbaycan hökuməti bu məsələlərlə bağlı bütün tənqidləri rədd edir və ölkədə insanların siyasi baxışlarına yox, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu deyir. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam