Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Müqavilə bağlamadan satınalmalar həyata keçirilib

muqavile-baglamadan-satinalmalar-heyata-kecirilib

“Hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yəni 76.0 faizi uyğunluq auditidir. Cəmi 4 maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətin əhatə dairəsinə təsirsiz ötüşmür”.

Yenixeber.org: Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

“Büdcə qanunvericiliyində və dövlət satınalmalarında pozuntu sayının artması müşahidə olunur. Səbəbləri araşdırılmır? “Dövlət Satınalmaları” haqqında Qanunun ötən ildən qüvvəyə minməsi bu pozuntuların sayına necə təsir göstərəcək?

Pozuntuların 35 faizinin mənfəət vergisini əhatə etməsi xərclərin şişirdilməsi yolu ilə mənfəətin azaldılmasından xəbər verir.
2024-cü ildə keçirilən 42 auditin 34-də, yəni 80 faizindən çoxunda büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanlar aşkarlanıb. Bu, kifayət qədər ciddi rəqəmdir və maliyyə intizamının daha da möhkəmləndirilməsini prioritetləşdirir.

Hesabata əsasən, dövlət satınalmaları üzrə pozuntuların 57 faizi satınalma keçirilmədən müqavilələrin bağlanmasıdır. Bu əslində o deməkdir ki, hər hansı tender və ya dövlət satınalması olmadan fərdi qərarlarla müqavilələr bağlanıb və dövlət vəsaiti istifadə edilib”, - deputat qeyd edib.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam