Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

ASA-nın dəstəyi ilə növbəti tədbir keçirildi -FOTOLAR

 

11 Aprel - Ədalətli İdman Günündə Azərbaycan İdman Akademiyasında (ASA) tələbələrin iştirakı ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) elan etdiyi "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirilib.
Yenixeber.org: ASA-nın dəstəyi ilə təşkil olunan tədbirin məqsədi gəncləri təmiz idman dəyərləri ilə tanış, ədalətli rəqabət və dürüstlük prinsiplərini təşviq etmək olub.
Tədbirin açılış mərasimində ASA-nın rektoru Fuad Hacıyev və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək idmanda dürüstlüyün və qaydalara sadiqliyin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, idmanda etik davranışların formalaşması yalnız qaydalarla deyil, eyni zamanda güclü maarifləndirmə ilə mümkündür.
Əvvəlcə iştirakçılar arasında interaktiv bilik yarışı keçirilib. Antidopinq qaydaları, təmiz idmanın əhəmiyyəti və idman dəyərləri ilə bağlı suallardan ibarət yarışda yüksək nəticə göstərənlərə hədiyyələr təqdim olunub.
Daha sonra iştirakçılar qrup şəklində təbliğat strategiyası hazırlamaq üçün fəaliyyətə cəlb olunublar. Hər qrup təmiz idmanın təbliği üçün yaradıcı strategiya mövzusunda ideyalarını formalaşdıraraq təqdim edib. Komanda işi, yaradıcılıq və təqdimat bacarığını birləşdirən bu fəaliyyətin sonunda iştirakçıların səsverməsi ilə ən uğurlu strategiyanın müəllifləri seçilərək mükafatlandırılıblar.
Tədbirin növbəti hissəsində iştirakçılar gələcəyin idmançılarına simvolik motivasiyaedici məktub yazıblar. Yeni nəsil idmançılara ünvanlanmış məktublar təmiz idmanın mənəvi və etik dəyərlərini ifadə edib.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam