Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbələri olmayacaq

mtn_bina_yeni_main_180215

 

Fəaliyyətinə xitam verilmiş MTN-in bazasında yeni yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin strukturunun necə olacağı barədə ilk rəsmi məlumat açıqlanıb.

Xeberinfo.com :  Məlumata görə , DTX-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Arif Babayev ANS telekanalına müsahibəsində bu barədə danışıb. Onun bildirdiyinə görə, DTX-in strukturunda regional idarələr yaradılacaq. Bu isə o deməkdir ki, DTX-in MTN kimi rayon şöbələri olmayacaq.

“DTX-nin bütün istiqamətlərdə fəaliyyətinin optimallaşdırılması planlaşdırılır. Bununla əlaqədar olaraq struktur dəyişiklikləri aparılır. Regional idarələrin yaradılması nəzərdə tutulur. Xidmətin strukturu daha çevik və operativ olacaq”
-Arif Babayev deyib.

Onun sözlərinə görə, paralel olaraq DTX-nin kadr potensialı məsələsi də həll edilir.“Xidmətə xarici dil bilən gənc əməkdaşlar işə götürüləcək. Bundan əlavə əvvəllər bəlli səbəblərə görə işdən kənarlaşdırılmış peşəkarlar yenidən işə cəlb olunacaq. Xidmətin ştat vahidi MTN-in ştat vahidindən az olacaq”-A.Babayev deyib.
DTX rəsmisinin dediyinə görə bu struktur Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycanın maraqları naminə öz fəaliyyətini koordinasiya edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam