Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İçki kartla, siqaret nağd pulla satılacaq

Bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.

 

Xeberinfo.com:   Məlumata görə, yeniliklərin məqsədini açıqlayan Vergilər nazirinin birinci müavini Natiq Əmirov aksiz markalı malların – spirtli içkilərin plastik kartlar vasitəsilə satılması məsələsinə aydınlıq gətirib. O, qeyd edib ki, məqsəd vergi yükünü artırmaq deyil, insanlarda nağdsız ödəmə vasitələrindən istifadə etmək mədəniyyətini formalaşdırmaqdır: `"Normal adamlar normal formada öz kartı ilə gedib içkisini ala biləcək. Biz istəyirik insanlar küçədən, ordan-burdan mənşəyi bəlli olmayan içki alıb içməsin. Ən ucqar dağ kəndlərində belə post terminalların quraşdırılmasına həvəsimiz də var, planımızda.

Kimsə spirtli içki satmaq istəyirsə, gəlsin pulsuz post terminal alsın, müvafiq lisenziya alsın, sonra ticarətini həyata keçirsin. Vətəndaşlar isə içkiləri kredit, debit və digər ödəniş kartlarından istifadə edərək ala bilər. Bizim üçün bu dəyişiklik vergi yükünü artırmaq deyil, nağdsız ödəniş mədəniyyətini formalaşdırmaqdır. Biz zərərli olan məsələlərin həlli üçün bir yerdən başlamalıyıq. Bu gün bəzi yerlərdə, hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır`.

N.Əmirov onu da deyib ki, tütün məlumatlarının fərdi şəkildə alınması sosial məsələdir, bu məqsədlə bu məhsulların alınması zamanı nağdsız alış-veriş qaydasının tətbiqi təxirə salınıb:

“Tütün məmulatları spirtli içki kimi zərərli vərdiş olsa da, bununla belə bu, sosial məsələdir. Çoxlu sayda insan bu məhsulu istehlak edir. Xüsusilə yaşlı insanlar arasında bu məhsulun kütləviliyi nəzərə alınaraq tütün məmulatlarının fərdi alınması zamanı nağdsız alış-veriş qaydası şərti olaraq təxirə salındı.

Bunlar vətəndaşa aiddir, sahibkarlar isə tütün məmulatını satmaq üçün alırsa, mütləq onu nağdsız almalıdır və bu məhsulun nağdsız alınması barəsində sənədləri olmalıdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam