Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS-də daha 4 veriliş bağlandı

 

ANS telekanalında verilişlərin bağlanması davam edir. 

Xeberinfo.com:   Məlumata görə, ANS telekanalında “Şoubiz”, “İç Xəbər”, “İtibucaq” və “Düzbucaq” verilişləri bağlanıb.
Xəbərdə bildirilir ki, bu telekanal rəhbərinin şəxsi qərarıdır və bu verilişlərin yayımının dayandırılmasında Milli Teleradio Şurasının göstərişi olmayıb.
Qeyd edək ki, adıçəkilən verilişlər həftənin 6 günü yayımlanırdı.

ANS Şirkətlər Qrupunun prezidentinin media üzrə baş müşaviri Mais Məmmədov telekanalda eyni vaxtda dörd verilişin bağlanmasına aydınlıq gətirib.

ANS-in rəsmisi xəbəri təkzib etməyib:

“Bəli, bundan sonra ANS-də yayımlanan “İç xəbər” verilişi başqa adla təqdim olunacaq. Digər verilişlər barədə konkret bir söz deyə bilmərəm”.

M.Məmmədov onu da bildirib ki, növbəti adla nümayiş olunacaq verilişin formatında cüzi dəyişiklik nəzərdə tutulub:

“Müəyyən dəyişikliklər olacaq. Lakin yenə də tamaşaçı məktubları əsasında süjetlər hazırlanacaq, digər məsələlər də olduğu kimi qalacaq”.

Verilişin adının dəyişilməsinə gəlincə, M.Məmmədovun cavabı müəmmalı oldu:

“Bunu sizə deyə bilməyəcəm. Çünki qərar veriləndə orda iştirak etməmişəm”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam