Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Zatulinin açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır:Cəlil Xəlilov

Zatulinin açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır - Cəlil Xəlilov

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı absurd açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır.

Yenixeber.org: Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Zatulin məlum açıqlamasında separatçılara haqq qazandırıb, Cənubi Qafqazla bağlı tarixi faktları saxtalaşdırıb:

“Zatulin xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin Bakıda keçirilən məhkəmə prosesini “şəxsi qisas”, repressiya kimi dəyərləndirib ki, bu da yumşaq desək, həyasızlıqdır. Çünki bu gün məhkəmə qarşısında dayanan şəxslərin uzun illərdir ki, xalqımıza qarşı çoxsaylı təxribatlara, qanlı əməllərə yol verdiyi, separatizmi alovlandırdığı hər kəsə məlumdur.

Bu şəxslərin vaxtiylə Ermənistan mediasına verdikləri müsahibələrə baxmaq kifayətdir ki, onların öz qanlı əməlləri ilə necə fəxr etdikləri, necə böyük cinayətlərə imza atdıqları isbatlansın. Belə olan halda həmin separatçıların məsuliyyətə cəlb edilməsini “şəxsi qisas” kimi səciyyələndirmək, bunu “ədalətsiz yanaşma” kimi şərh etmək gülüncdür.

Zatulin açıqlamasında Cənubi Qafqazın tarixi ilə bağlı da yalan danışır, xalqımıza böhtan atır. O, bildirir ki guya ermənilər Cənubi Qafqazın qədim, aborogen xalqıdır və onlar bu coğrafiyada azərbaycanlılardan öncə məskunlaşıb. Halbuki, Rusiyanın özündə bugünə qədər bir çox tarixçi və siyasətçi ermənilərin Cənubi Qafqaza “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsi olaraq köçürüldyünü etiraf ediblər. Bununla bağlı, müxtəlif tarixi mənbələrdə çoxsaylı faktlar mövcuddur. Belə olan halda erməniləri Cənubi Qafqazın qədim xalqı kimi səciyyələndirmək ağ yalandan başqa bir şey deyil.

Hesab edirəm ki, Zatulin və onun kimilərin antiAzərbaycan bəyanatları davamlı olaraq ifşa edilməli, Rusiya dövləti onun imicinə zərbə vuran bu cür şəxslərlə bağlı konkret addımlar atmalıdır. Çünki Zatulin və onun kimilərin nifrət dolu, qızışdırıcı bəyanatları Cənubi Qafqazda sülh prosesinə ziyan vurmaqla yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə da kölgə salır, ictimai rəydə Rusiya dövləti haqqında xoşagəlməz fikir formalaşdırır.

Bu baxımdan, Rusiya hakimiyyətindən zatulinçilərlə bağlı əməli addımlar atmağı, onları əxlaqa, vicdana, məsuliyyətə dəvət etməyi gözləyirik, gələcəkdə bu kimi halların bri daha yaşanmayacağına ümid edirik”.(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam